Dirijorların deyimləri: “Mənim əvəzimə arvadınıza...”

Dirijorların deyimləri: “Mənim əvəzimə arvadınıza...”
18 dekabr 2014
# 08:30

Kulis.Az dirijorların tez-tez işlətdiyi frazaları təqdim edir

1. Biabır olmaq üçün cəmi üç məşqimiz qaldı!

2. Belə çalmaq lazımdır, sanki bir az içmisiz və heç yerə tələsmirsiz.

3. Bir gözünüzlə partiyaya (çoxsəsli musiqi əsərində bir musiqi aləti və ya oxuyan tərəfindən ifa edilən ayrıca hissə) baxın, iki gözünüzlə mənə!

4. Siz bunları elə rahat çalırsız ki, sanki şəxsən Prokofyevlə içmisiz!

5. Mən indi sizə burda hansıların not olduğunu deyəcəm, təəccüblənəcəksiniz.

6. Bu sizin üçün simfonik orkestr deyil ki, camaatın arasında gizlənəsiz, təmiz çalmaq lazımdır!

7. Uşaqlar, bu axı "ququ quşu səsi”dir, düşmən aviasiyasının yaxınlaşması deyil!

8. Əgər kimsə saxta çaldısa, əsas odur ki, dərhal məzəmmətlə qonşusuna baxmağa macal tapsın.

9. Öz istedadınızda boğulmayın!

10. Taktları nömrələyin, çünki gözləriniz yerini dəyişə bilər, rəqəmlər isə yox!

11. Evdə elə məşğul olmaq lazımdır ki, bütün ailə səninlə çalmağı öyrənsin…

12. Qadın xoru! Beyinlərinizlə birlikdə oxuyun.

13. Bu əsəri siz müəlliminizin südüylə mənimsəməli idiniz!

14. Mendelsonu “mendelsonluq” etmədən çalmaq lazımdır.

15. Qrifin (musiqi alətində qol) üzərindən manikürünüzü götürün!

16. Fleytaçalanın dekoltesinə gözlərinizi zilləməyiniz yetər, orada not yoxdur, sizin partiyanız püpitrdədir!

17. Belə oynamaq üçün ancaq bir-birinə nifrət etmək lazımdır!

18. Niyə uşaqlıqda sizə pioner şeypuruyla trubanın fərqini izah etməyiblər?

19. Şostakoviç boksçu olmasa da, belə ifaya görə sizin ənginizi əzə bilərdi!

20. Əgər siz yenə birinci hissəni belə oynasanız, mən növbə ilə sizin hamınızı öldürəcəm, dəfn edəcəm, yatıb çıxacam, sonra yeni orkestr təşkil edəcəm!

21. Siz ikinci bölməyə çıxmağa qorxmursunuz ki? Sevinin ki, konservatoriyaya ancaq ziyalılar gəlir. Yoxsa o proletarlar öz yerlərindən qalxıb sizin hamınızı bu cür çalmağınız üstündə əzişdirərdirlər!

22. Özündən üfürməyə cəhd edin! Məndə belə təəssürat var ki, musiqi məktəbində sizə havanın axınının istiqamətini izah etməyiblər!

23. Arfanı bu cür parçalayaraq sərxoş ərlə dəyişik salmaq lazım deyildi!

24. Mən bilirəm ki, hamınız mənə nifrət edirsiniz. Özünüz düşünün, mən sizlə necə rəftar eləməliyəm?

25. Mənim sizinlə bir musiqidə yerim yoxdur!

26. İkinci trombon, arzu edirəm ki, sizin dəfninizdə bu cür çalsınlar!

27. İradəmdən asılı olsaydı, bu çubuqla sizin bədəninizin hava keçirmə qabiliyyətini yeniləyərdim!

28. Mən sizi yeraltı keçiddə işə düzəltməyi söz verirəm, polis və quldurlarla da şəxsən danışardım ki, sizə toxunmasınlar. Amma yoldan keçənlərin sizə pul verəcəyinə əmin deyiləm.

29. Sizə saksofon yerinə "Drujba" elektrik mişarını məsləhət görərdim. Səs eynidir, qazancı da çoxdur!

30. Sizin çox gözəl və güclü əlləriniz var. Aləti yerə qoyun və özünüzü onlarla boğun!

31. Evə gedəndə mənim əvəzimdən arvadınıza başsağlığı verin. Belə ritmsiz insanla necə yatmaq olar?

32. Mən bütün işlərimi dayandırım, bu gündən sizə sevməyi öyrədəcəm, məni olmasa da, heç olmasa musiqini!

# 2166 dəfə oxunub

Oxşar xəbərlər

"Oskar" tarixində ilk:  Oliviya Uayld yeni rekorda imza atmağa hazırlaşır

"Oskar" tarixində ilk: Oliviya Uayld yeni rekorda imza atmağa hazırlaşır

16:45 10 oktyabr 2026
"Netfliks"in qalmaqallı serialı üçüncü mövsümlə qayıdır:  "Ovçu qadınlar"da oyun qaydaları dəyişir

"Netfliks"in qalmaqallı serialı üçüncü mövsümlə qayıdır: "Ovçu qadınlar"da oyun qaydaları dəyişir

13:30 8 oktyabr 2026
"Disney+"dan Asiya bazarına böyük hücum:  Qlobal layihələr, animelər və iddialı planlar

"Disney+"dan Asiya bazarına böyük hücum: Qlobal layihələr, animelər və iddialı planlar

13:00 8 oktyabr 2026
"Sosial hesablama" niyə "Sosial şəbəkə"nin kölgəsində qaldı?

"Sosial hesablama" niyə "Sosial şəbəkə"nin kölgəsində qaldı?

12:30 8 oktyabr 2026
Məşhur aktyor "ChatGPT"dən imtina etdi - Səbəb

Məşhur aktyor "ChatGPT"dən imtina etdi - Səbəb

11:40 8 oktyabr 2026
Spilberq yeni "Transformers" filmi ilə ekranlara qayıdacaq

Spilberq yeni "Transformers" filmi ilə ekranlara qayıdacaq

18:00 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər