“Azdrama”da “Xanuma” tamaşası nümayiş olunub

 “Azdrama”da “Xanuma” tamaşası nümayiş olunub
30 yanvar 2017
# 11:24

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Avksenti Saqarelinin “Xanuma” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub.

Teatrın mətbuat xidmətindən Kulis.aza verilən məlumata görə, səhnə əsərinin quruluşçu rejissoru Mikayıl Mikayılovdur.

Quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı Tofiq Quliyev, musiqi rəhbəri Fəxrəddin Kərimov, rəqslərin quruluşçusu Zakir Ağayev və Yelena Ağayeva, Vokal üzrə repetitor Zeynab Safinadır. Səhnə əsərini Dilbər İsmayılova idarə edib.

Tamaşada xalq artistləri Bəsti Cəfərova, Cəfər Namiq Kamal, Ramiz Novruz, Səidə Quliyeva, Hacı İsmayılov, əməkdar artistlər Mətanət Atakişiyeva, Elşən Cəbrayılov, Şəlalə Şahvələdqızı, Kazım Abdullayev, Məsmə Aslanqızı, Elşən Rüstəmov, İradə Həsənova, Firuz Xudaverdiyev, aktyorlar Həcər Ağayeva, Elnar Qarayev, Elnur Qədirov, Vüsal Mustafayev, Elçin Əhmədov, Əlləz Əhmədov çıxış edir.

Avksenti Saqarelinin 1882-ci ildə yazdığı əsərdə hadisələr XIX əsrdə Tiflisdə baş verir.

Müflisləşən knyaz bu bəladan yaxa qurtarmaq, borclarını qaytarmaq və rahat yaşamaq üçün evlənmək istəyir. Səhnə əsərindəki hadisələr də bu məsələ üzərində qurulub. Knyaz Tiflisin ən yaxşı yengəsi Xanumanı tutur.

O, knyaz üçün Quliko adlı qız tapır. Digər tərəfdən Kabato adlı digər yengə knyazı öz namizədi - varlı tacir Makar Tkvilkotriaşvilinin qızı Keto ilə evləndirmək istəyir. Keto isə müəllimi, Knyazın qardaşı oğlu Koteni sevir. Nəticədə Xanuma qalib gəlir. Knyaz Quliko ilə, Kote Keto ilə, Xanuma özü isə Niko ilə evlənirlər.

Qeyd edək ki, əsər Azərbaycanda ilk dəfə 1975-ci ildə rejissor Ələsgər Şərifovun quruluşunda Akademik Milli Dram Teatrında səhnəyə qoyulub.

# 4369 dəfə oxunub

Oxşar xəbərlər

"Meksikanın Çarli Çaplini" adlandırılan Kantinflasın 3  əsas rolu

"Meksikanın Çarli Çaplini" adlandırılan Kantinflasın 3 əsas rolu

17:20 12 avqust 2026
Öz İtakasına qayıtmaq yanğısı... - Homerə "sığınan" Nolan "Odisseya" ilə nə demək istəyib?

Öz İtakasına qayıtmaq yanğısı... - Homerə "sığınan" Nolan "Odisseya" ilə nə demək istəyib?

14:00 12 avqust 2026
Dini epik janrı yaratdı, Rembrandt üslubunu kinoya gətirdi... – O, çəkilişdə ilk dəfə nədən istifadə etmişdi?

Dini epik janrı yaratdı, Rembrandt üslubunu kinoya gətirdi... – O, çəkilişdə ilk dəfə nədən istifadə etmişdi?

12:30 12 avqust 2026
Adil İsgəndərovun dəvəti ilə böyük kinoya gələn sənətkar  - O, hansı filmə  görə təzyiqlərə məruz qalmışdı?

Adil İsgəndərovun dəvəti ilə böyük kinoya gələn sənətkar - O, hansı filmə görə təzyiqlərə məruz qalmışdı?

10:00 12 avqust 2026
Dünya kinosunun komik və dramatik rollar ustası - Robin Vilyamsın 3 məşhur rolu

Dünya kinosunun komik və dramatik rollar ustası - Robin Vilyamsın 3 məşhur rolu

14:30 11 avqust 2026
Əfsanəvi film serial formatında geri qayıdır – Yarım əsr sonra

Əfsanəvi film serial formatında geri qayıdır – Yarım əsr sonra

11:20 11 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər