Şirin kişinin 100 yaşı olur

Şirin kişinin 100 yaşı olur
28 oktyabr 2015
# 15:57

Noyabrın 4-də Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, xalq artisti Məmmədrza Şeyxzamanovun 100 illik yubileyinə həsr olunan xatirə gecəsi keçiriləcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xatirə gecəsi Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və Akademik Milli Dram Teatrının birgə təşkilatçılığı ilə keçiriləcək.

Xatirə gecəsində M. Şeyxzamanovun sənət dostları görkəmli sənətkarın həyat və yaradıcılığından danışacaq, çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunacaq.

Tədbirdə sənətkarın ailəsinin 1937-ci ildə repressiya ilə üzləşməsindən bəhs olunan səhnə, xalq artistinin sənət yolunu özündə əks etdirən sərgi xatirə gecəsinin iştirakçılarının ixtiyarına veriləcək.

Yubiley mərasiminin rejissoru xalq artisti Mərahim Fərzəlibəyovdur.

Qeyd edək ki, Məmmədrza Şeyxzamanov 1915-ci ildə Gəncədə doğulub. 1934-cü ildə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının rejissoru Həbib İsmayılovun təşəbbüsü ilə teatra dəvət edilib. İlk dəfə Ə.Həmidin “Hind qızı” tamaşasında Brahma adlı kiçik rolda çıxış edib. 1954-cü ildə Mədəniyyət Nazirliyinin əmri ilə M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında işə başlayıb.

Teatrda “Göz həkimi”ndə Şahbazov, “Qış nağılı”nda Poliksen, “Fərhad və Şirin”də Xosrov, “Vaqif”də Qacar, “Otello”da Otello, “Aydın”da Aydın, “Qaçaq Nəbi”də Qaçaq Nəbi, “Vaqif”də Eldar kimi bir-birindən fərqlənən, psixoloji, dramatik obrazları özünəməxsus şəkildə yaradıb.

M. Şeyxzamanov böyük ekrana ilk dəfə 1955-ci ildə “Bəxtiyar” filmində Rəcəbov rolu ilə çıxıb. Müxtəlif illərdə “Qızmar günəş altında”da Alı kişi, “Leyli və Məcnun”da Dərviş, “Bir qalanın sirri”ndə həkim Eldostu, “Onu bağışlamaq olarmı”da polkovnik Qurbanov, “Qatır Məmməd”də Gəncə qubernatoru, “Nəsimi”də Şeyx Əzəm kimi obrazlar yaradıb.

1963-cü ildə Adil İsgəndərovun Sabit Rəhmanın ssenarisi əsasında quruluş verdiyi musiqili komediya filmində - “Əhməd haradadır”da Şirin kişi rolunda çıxış edib.

1976-cı ildə sənətkar daha bir yaddaqalan obrazını yaradıb. Rasim Ocaqovun İsa Hüseynovun ssenarisi əsasında çəkdiyi “Tütək səsi” filmində İsfəndiyar kişi rolunda çıxış edib.

M. Şeyxzamanov 1984-cü il yanvarın 25-də vəfat edib.

# 1912 dəfə oxunub

Oxşar xəbərlər

Rus kinosunun komik “Avara”sı – Yuri Nikulinin 3 məşhur rolu

Rus kinosunun komik “Avara”sı – Yuri Nikulinin 3 məşhur rolu

17:45 21 avqust 2026
"Michael" filminin ikinci hissəsi  üçün aktyor seçildi

"Michael" filminin ikinci hissəsi üçün aktyor seçildi

13:30 21 avqust 2026
Məhbusların mübarizəsi, güllələnən fəhlələr... - Andrey Konçalovskinin məşhur filmləri

Məhbusların mübarizəsi, güllələnən fəhlələr... - Andrey Konçalovskinin məşhur filmləri

17:50 20 avqust 2026
“Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” filminin çəkilişləri yekunlaşdı

“Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” filminin çəkilişləri yekunlaşdı

17:20 19 avqust 2026
Kinotənqidçilər və Kinoşünaslar Gildiyası növbəti mükafatlarını  təqdim etdi

Kinotənqidçilər və Kinoşünaslar Gildiyası növbəti mükafatlarını təqdim etdi

18:40 18 avqust 2026
Klaustrofobiya, xaos və yaşamaq instinkti... - Roman Polanskinin 5 məşhur filmi

Klaustrofobiya, xaos və yaşamaq instinkti... - Roman Polanskinin 5 məşhur filmi

14:30 18 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər