Hiçkokun həyatından sizi "qorxudacaq" 10 Fakt

Hiçkokun həyatından sizi "qorxudacaq" 10 Fakt
13 avqust 2019
# 17:02

Bu gün dünyaca məşhur klassik kinorejissor Alfred Hiçkokun doğulmasından 120 il ötür. Kulis.az rejissor haqda maraqlı faktları təqdim edir.

Hiçkokun kino üslubunun əsas cəhəti senzura nəticəsində yaranıb: Britaniya kinosenzura asossiasiyasının tələbinə görə filmdə zorakılığın açıq nümayişi olmazmış. Hiçkok bundan qaçmaqla özünün təkrarsız üslubunu yaradır.

“Hiçkok sarışını”. Müəyyən tipaja uyğun gələn aktrisaları belə adlandırırlar. Hündürboy, sarışın və soyuq görkəmli. Hiçkokun sevimli aktrisası Qreys Kelli kimi: "Sarışın qadınlar ən yaxşı qurbandır. Elə bil ağ qarın üstünə qan izi düşür"

Hiçkok kameoları (məşhur şəxsin epizodik rolu) ilə məşhurdur və bu, onun üslubunun elementlərindən biridir.

Hiçkok əsasında “Psixo”nu çəkdiyi romanın ekranlaşdırma hüququnu Robert Bloxdan 9 min dollara anonim olaraq almışdı. Sonra isə rejissor premyeraya qədər romanın bütün nüsxələrini almışdı ki, filmin sonu gizli qalsın.

Artıq çəkisinə görə Hiçkoku hərbi xidmətə götürməyiblər. Rejissorluğadək isə Hiçkok kinostudiyada elektrik işləyib.

Qızı Patrisiya Hiçkok da aktrisa olub.

55 bədii film çəkib və onlardan çoxu klassikadır. Yalnız bir dəfə fəxri Oskara layiq görülüb. Ən qısa Oskar nitqi ona aiddir: "Təşəkkür edirəm" Özü isə Fris Lanqın "Yorğun ölüm" filmini sevirmiş.

Rejissor qəribə yumor hissinə malik idi. “39 addım” filminin çəkilişi zamanı açarın itdiyini bəhanə edərək qəhrəmanları bütün günü qandallarda gəzməyə məcbur edib. Bir dəfə isə o, yazıçı Dafna dyu Moryenin ərini maskarada dəvət edir. Başqa qonaqlara isə rəsmi tədbir olacağını deyir. Yazıçın əri ziyafətə türk sultanı geyimində gəlir.

Hiçkokun qəribə fobiyası varmış: o, oval formalı predmetlerdən qorxurdu. Məsələn yumurtaya baxa bilmirmiş. daha bir fobiyası isə polis qorxusu olub.

Hiçkokun meyiti kremasiya (meyitlərin xüsusi peçdə yandırılması) edildikdən sonra külü Sakit okeana atılıb.

# 4462 dəfə oxunub

Oxşar xəbərlər

Məhbusların mübarizəsi, güllələnən fəhlələr... - Andrey Konçalovskinin məşhur filmləri

Məhbusların mübarizəsi, güllələnən fəhlələr... - Andrey Konçalovskinin məşhur filmləri

17:50 20 avqust 2026
“Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” filminin çəkilişləri yekunlaşdı

“Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” filminin çəkilişləri yekunlaşdı

17:20 19 avqust 2026
Kinotənqidçilər və Kinoşünaslar Gildiyası növbəti mükafatlarını  təqdim etdi

Kinotənqidçilər və Kinoşünaslar Gildiyası növbəti mükafatlarını təqdim etdi

18:40 18 avqust 2026
Klaustrofobiya, xaos və yaşamaq instinkti... - Roman Polanskinin 5 məşhur filmi

Klaustrofobiya, xaos və yaşamaq instinkti... - Roman Polanskinin 5 məşhur filmi

14:30 18 avqust 2026
Dünya kinosunun "mafiya lideri" - Robert De Nironun unudulmaz rolları

Dünya kinosunun "mafiya lideri" - Robert De Nironun unudulmaz rolları

17:00 17 avqust 2026
Ceki Çanın rol aldığı filmin Azərbaycandakı çəkilişləri başa çatdı

Ceki Çanın rol aldığı filmin Azərbaycandakı çəkilişləri başa çatdı

16:55 17 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər