Məşhur aktrisamız: "Mən snayperçi olacam"

Məşhur aktrisamız: "Mən snayperçi olacam"
15 yanvar 2015
# 12:40

“Ölsəm bağışla” filmindən Gülya rolu ilə sevilən aktrisa Gülzar Qurbanova bu il 4 yeni filminin premyerasını gözləyir.

Aktrisanın Kulis.az-a verdiyi xəbərə görə, 2015-ci il onun üçün premyera ilidir:

“4 ildən artıqdır ki, çəkilişləri uzanan “Qırmızı bağ” filmi nəhayət tamamlanmaq üzrədir və bu il təqdim olunacaq. Bu, mənim ən çox gözlədiyim filmdir. Rejissor Mirbala Səlimovun bu filmi əsl müəllif filmidir və mən orada baş qəhrəmanlardan birini oynayıram.

“Motivlər” kinoalmanaxında da baş rolda oynayıram. İradə Bağırzadənin ssenarisi ilə çəkilən film qısametrajlıdır.

Üçüncü gözlənilən film ötən il çəkildiyim Heydər Əliyevə həsr olunmuş tammetrajlı bədii filmdir. Mən repressiyaya uğramış müəllimin həyat yoldaşını oynayıram. Epizodik bir roldur. Filmin rejissoru Vaqif Mustafayevdir və işçi adı “İnsanları xilas et” olan film tarixi şəxsiyyətin – Heydər Əliyevin həyatının bütün dövrlərini əhatə edir.

Elxan Cəfərovun çəkdiyi “Əsgərin şücaəti" filmi mənim üçün xüsusidir. Bu film də artıq tamamlanmaq üzrədir. Ora çəkilməyimin tarixçəsi var amma hələlik bu haqda heç nə danışmaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, snayperçi qadını oynayıram və bu obraz mənə maraqlıdır. Heç kim boş yerə bu peşəni seçmir. Yəni, müharibənin insan psixikasına vurduğu zərbələrdən sonra o, hər şey edə bilər. Müharibənin içində, müharibənin şərtləri ilə insanın nə edəcəyi bəlli deyil”.

# 2680 dəfə oxunub

Oxşar xəbərlər

"Breaking Bad"in ulduzunun yeni layihəsi açıqlandı

"Breaking Bad"in ulduzunun yeni layihəsi açıqlandı

16:57 15 may 2026
"Oskar"lı ulduzdan böyük layihə

"Oskar"lı ulduzdan böyük layihə

14:17 15 may 2026
Pavlikovskidən yeni tarixi dram: "Fatherland" – Tomas Mannın "vətən" sınağı

Pavlikovskidən yeni tarixi dram: "Fatherland" – Tomas Mannın "vətən" sınağı

13:53 15 may 2026
Uill Smit "Oskar" qalmaqalından sonra  ekranlara qayıdır

Uill Smit "Oskar" qalmaqalından sonra ekranlara qayıdır

13:15 15 may 2026
“Xarıbülbül” festivalında “Şuşa, sevgilim” filmi nümayiş olundu

“Xarıbülbül” festivalında “Şuşa, sevgilim” filmi nümayiş olundu

11:03 15 may 2026
“Uzun Həsən” tarixi filminin yeni görüntüləri yayımlandı

“Uzun Həsən” tarixi filminin yeni görüntüləri yayımlandı

11:45 14 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər