Çexov festivalını Çaplinin nəvəsi açıb

Çexov festivalını Çaplinin nəvəsi açıb
29 may 2013
# 12:51

Anton Çexov adına XI beynəlxalq teatr festivalı iyulun 14-ə kimi davam edəcək.

Mayın 19-da başlayan festival üç proqramda keçirilir: dünya seriyası, Moskva teatrlarının proqramı və festivalın öz tamaşaları - beynəlxalq layihələr. Cari festivalın əsas proqramında dünya dramatik və musiqili teatrının ən yaxşı tamaşaları nümayiş olunur.

Kanadadan Rober Lepaj (“Kartlar” tamaşası ilə), Böyük Britaniyadan Metyü Bourn (“Metyü Bournun yatmış gözəli”), Fransadan Jeyms Tyere (“Raul”), Viktoriya Tyer Çaplin (“Divarların pıçıltısı”), Jozef Nac (Sho=po-gen-zo”) Emmanuel DEmarsi-Mota (“Kərgədan”), İspaniyadan Mariya Paxes (“Utopiya”) tamaşaları ilə əsas proqramda təmsil olunan rejissorlardır.

Münhendən gələn kollektiv Frans Kafkanın “Məhkəmə” əsəri əsasında hazırladığı tamaşanı təqdim edir. Portuqaliyanın Milli Teatrı rejissoruRikard Payşın “Kölgələr” tamaşası da proqrama daxildir ki, tənqidçilər onu “teatr sənətinin möcüzəsi” kimi qiymətləndiriblər. Bundan əlavə proqramda İsraildən olan iki balet truppasının da çıxışı var.

Festivalı “Raul” tamaşası ilə Çarli Çaplinin doğma nəvəsi Jeyms Tyere açmışdı. Bağlanış tamaşası isə İspaniya teatrının “Utopiya” tamaşası olacaq.

Bu ilki Festivalın əsas cəhəti olaraq tamaşalardakı qeyri-verballıq qeyd olunur. Mətbuatın yazdığına görə, rəqs tamaşalar və “yeni sirk” kimi bizə naməlum janrlı tamaşalarda bu, aşkar hiss olunur. Rusiya tamaşaçıları festivalda əfsanəvi balerina Silviya Gilemi də həm də modern balet ifa edərkən görə biləcək.

Beynəlxalq festivalın özəlliklərindən biri də Rusiya regionlarında göstəriləcək səyyar pyeslərinin tamaşaları, “Deca dance”, “küçəni Uşaqlar və heyvanlar tutur” “Orfeya Sindromu” kimi tamaşalar var. Festivalın regional proqramına Rusiya banklarından biri sponsorluq edir.

Festivalın Moskva proqramı Pyotr Naumoviç Fomenkoya həsr olunub. Ora ustadın və onun tələbələrinin əsasən rus klassiklərinin əsərləri əsasında hazırlanan tamaşaları daxildir.

Festival çərçivəsində MDB ölkələrinin gənc rejissorlarının laboratoriyası da daxildir.

Xatırladaq ki, 90-cı illərin əvvəlindən fəaliyyət göstərən festival teatr sahəsində hadisə hesab olunur.

# 3087 dəfə oxunub

Oxşar xəbərlər

"Oğru kimi özgəsinin torpağına soxulmayaydın!.."  - Qadın talelərindən cəsarətli film çəkən  görkəmli aktyor

"Oğru kimi özgəsinin torpağına soxulmayaydın!.." - Qadın talelərindən cəsarətli film çəkən görkəmli aktyor

12:07 12 avqust 2025
“Weapons” filmi qorxu janrında ilin hadisəsinə çevrilir

“Weapons” filmi qorxu janrında ilin hadisəsinə çevrilir

11:30 9 avqust 2025
Ceyms Kamerondan nüvə hücumları haqqında  yeni film

Ceyms Kamerondan nüvə hücumları haqqında yeni film

10:35 7 avqust 2025
“Mən qadınam” tammetrajlı film ssenarisi müsabiqəsinin qalibləri bəlli oldu

“Mən qadınam” tammetrajlı film ssenarisi müsabiqəsinin qalibləri bəlli oldu

17:18 31 iyul 2025
Pazolini və Viskonti filmlərinin ulduzu vəfat etdi

Pazolini və Viskonti filmlərinin ulduzu vəfat etdi

16:24 31 iyul 2025
Di Kaprionun yeni filminin treyleri yayımlandı

Di Kaprionun yeni filminin treyleri yayımlandı

15:33 31 iyul 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər