[b]Sovet İttifaqı Qəhrəmanının "öldürüldüyü" ev[/b] - FOTOLAR

[b]Sovet İttifaqı Qəhrəmanının "öldürüldüyü" ev[/b] - <span style="color:red;">FOTOLAR
29 yanvar 2018
# 17:30

Azərbaycan kinosunun incilərindən biri olan “Uzaq sahillərdə” filminin ekranlara çıxdığı vaxtdan 60 il keçir. Əfsanəvi partizan Mixaylonun – Mehdi Hüseynzadənin son döyüşünün və həlak olduğu səhnələrin çəkildiyi ev bu gün də durur. Bu ev Ağsu rayonunun şimal dağlıq yaşayış məskənlərindən olan Kövlüc kəndindədir. Hazırda 13 evin olduğu kənddə məcburi köçkünlər məskunlaşıb.

Veselinin “ata evi”

Bakı Kinostudiyasının yaradıcı kollektivi Ağsuda bir ay çəkilişlər aparıb. Kövlücü gəzib çəkilişin aparıldığı məkanlara baxırıq. Mixaylonun silahdaşı Veselinin “ata evi”nə, kəndin cənub şərqində dərədən qalxan yola, evin qarşısında faşistlərin sakinləri topladıqları yerə baxarkən gözlərimizin qarşısında filmin səhnələri canlanır.

Kənddə məskunlaşan Laçın rayonundan olan məcburi köçkün, müəllim Yunis Süleymanov deyir ki, “Uzaq sahillərdə” filminin çəkiliş tarixçəsi ilə maraqlananlar tez-tez bura gəlir, hətta Mixaylonun sığındığı evin damına çıxıb xatirə şəkli çəkdirirlər. İndi həmin ev sahibsiz qaldığı üçün yararsız hala düşüb.

“O faşist ağsulu Əlağa idi”

Bu tarixi filmin digər bir neçə səhnəsi - faşistlərin anbarından yüklənən ərzağı partizanlara aparan maşın karvanı, bundan xəbər tutan motosikletçi faşistlərin maşınları təqib etməsi səhnələri Ağsuda, Bakı-Şamaxı-Yevlax magistral yolunun Ağsu aşırımı adlanan ərazisində çəkilib.

Həmin səhnələrin çəkilişinin şahidi olmuş ağsululardan biri, hazırda rayon Veteranlar Təşkilatının sədri 80 yaşlı Cəmaləddin Zeynalovun xatirələrindən: “Tələbə idim. Yay tətilinə gəlmişdim. Hər gün gedib çəkilişə baxırdıq. Şəhərin çıxışında, birinci dolaya çatar-çatmaz öndə gedən motosikletə qumbara atıldı və motosiklet aşdı. Onu sürən faşist paltarında olan ağsulu Əlağa İbrahimov idi. Ötən əsrin 70-ci illərinin ortalarında vəfat etdi”.

Cəmaləddin Zeynalov aktyorların, ümumiyyətlə, kinostudiya işçilərinin çətin, ağır əməyini öz gözləri ilə gördüyünü, “Uzaq sahillərdə”nin heç də asan başa gəlmədiyini deyib. /azertag.az/

# 1750 dəfə oxunub

Oxşar xəbərlər

Nazim Hikmətlə dost olan, Nəriman Nərimanovla bağlı filmə görə sıxışdırılan Xalq artisti

Nazim Hikmətlə dost olan, Nəriman Nərimanovla bağlı filmə görə sıxışdırılan Xalq artisti

13:30 20 sentyabr 2025
“Kızılcık Şerbeti” kanal dəyişir? – Açıqlama

“Kızılcık Şerbeti” kanal dəyişir? – Açıqlama

14:38 19 sentyabr 2025
Macəra janrında “Akınak. İşquz qılıncı”  filmi çəkilir

Macəra janrında “Akınak. İşquz qılıncı” filmi çəkilir

12:47 19 sentyabr 2025
Tanınmış Hollivud aktyoru evində ölü tapıldı

Tanınmış Hollivud aktyoru evində ölü tapıldı

12:20 19 sentyabr 2025
Martin Skorsezedən yeni film

Martin Skorsezedən yeni film

11:19 19 sentyabr 2025
Ozzi Osborn haqqında yeni sənədli filmin premyerası olacaq

Ozzi Osborn haqqında yeni sənədli filmin premyerası olacaq

11:00 19 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər