Mövsüm “Koroğlu” ilə başlayacaq

Mövsüm “Koroğlu” ilə başlayacaq
6 sentyabr 2019
# 09:40

Sentyabrın 19-da Üzeyir Hacıbəylinin "Koroğlu" operasının tamaşası ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 111-ci teatr mövsümünə başlayacaq.

APA-nın məlumatına görə, tamaşa Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutacaq.

Tamaşada teatrın aparıcı solistlərindən əməkdar artistlər Afaq Abbasova (Nigar), Ramil Qasımov (Koroğlu), Cahangir Qurbanov (Həsən xan), Xalq artistləri Əli Əsgərov (İbrahim xan), Əkrəm Poladov (Alı kişi), Fidan Hacıyeva (Xanəndə qız), solist Taleh Yahyayev (Ehsan paşa) və başqaları çıxış edəcəklər. Tamaşanı əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcək.

Eyni zamanda, festival çərçivəsində sentyabrın 21-də C.Puççininin "Bohema" operası, sentyabrın 22-də F.Əmirovun "Nəsimi" baleti, sentyabrın 28-də A.Adanın "Jizel" baleti, sentyabrın 29-da Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının tamaşaları nümayiş olunacaq.

Yeni teatr mövsümündə Opera və Balet Teatrının tamaşaçılarını çox maraqlı layihələr - premyeralar, tanınmış opera və balet sənəti ulduzlarının iştirakı ilə tamaşalar gözləyir.

# 3299 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur serial yenidən çəkiləcək

Məşhur serial yenidən çəkiləcək

13:00 2 aprel 2026
Kann Film Festivalı nə vaxt başlayır?

Kann Film Festivalı nə vaxt başlayır?

16:43 1 aprel 2026
Kim Novak: "Məni canlandırmaq üçün tamamilə yanlış seçimdir"

Kim Novak: "Məni canlandırmaq üçün tamamilə yanlış seçimdir"

12:41 31 mart 2026
"Delikanlı"nın yayım tarixi dəyişdi

"Delikanlı"nın yayım tarixi dəyişdi

10:39 31 mart 2026
Giray Altınokdan yeni serial

Giray Altınokdan yeni serial

13:07 27 mart 2026
"Harri Potter və fəlsəfə daşı"  serialının ilk treyleri yayımlandı

"Harri Potter və fəlsəfə daşı" serialının ilk treyleri yayımlandı

12:48 26 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər