“Şerlok”un ulduzu yeni filmdə

“Şerlok”un ulduzu yeni filmdə
30 mart 2019
# 15:58

Britaniyalı kəşfiyyatçı Ceyms Bond haqqında son iki filmin (“007: “Skyfall” koordinatları” və “007: Spektr”) quruluşçu rejissoru Sem Mendes “Şerlok” serialının ulduzu Benedikt Kamberbetçi “1917” adlı hərbi dramda çəkilməyə dəvət edib.

“Deadline” veb-saytının yaydığı məlumata görə, filmin süjeti Birinci Dünya müharibəsinin döyüş meydanlarında vuruşan iki britaniyalı əsgərin həyatının bir günü ətrafında qurulub. Döyüşçüləri Corc Makkey və Din-Çarlz Çepmen oynayacaqlar. Digər məşhur britaniyalı aktyor Kolin Fert də bu filmdə rol alacaq.

Filmin prodüseri rejissor Stiven Spilberqin “Amblin Partners” kino şirkəti olacaq, istehsalı və prokatı ilə “DreamWorks” və “Universal” şirkətləri məşğul olacaq. Rejissorun özü də filmə prodüserlik edəcək. O, Kristi Uilson-Körns ilə birlikdə filmin ssenarisini yazıb.

Filmin çəkilişlərinə aprelin 1-də başlamaq nəzərdə tutulub. Çəkilişlər İngiltərədə və Şotlandiyada aparılacaq. Dünya premyerası 2019-cu il dekabrın 25-də gözlənilir.

B.Kamberbetç 2018-ci ilin yayında bildirib ki, ona dünya şöhrəti qazandıran “Şerlok” serialına qayıtmaq istəməzdi. Amma hər şey ola bilər.

“Marvel Studios” ilə əməkdaşlıq son vaxtlar aktyorun iştirak etdiyi maraqlı layihələr arasındadır. “Doktor Strenc” filmində baş rol, habelə “Qisasçılar” filminin üçüncü hissəsində iştirakı məhz bu əməkdaşlığın nəticəsidir.

Aktyor digər media nəhənginin – HBO telekanalının Böyük Britaniyanın Avropa İttifaqının (Aİ) tərkibindən çıxması haqqında filmində də çəkilib. O, ölkənin Aİ-dən çıxması uğrunda mübarizə aparan kampaniyanın liderlərindən birini – Donimik Kamminqsi oynayıb./azertag.az/

# 2248 dəfə oxunub

Oxşar xəbərlər

Qadın rejissorların filmləri təqdim olunacaq

Qadın rejissorların filmləri təqdim olunacaq

15:40 12 sentyabr 2025
“Boşluğa xütbə”  filminin yaradıcı heyəti ilə görüş keçirildi

“Boşluğa xütbə” filminin yaradıcı heyəti ilə görüş keçirildi

14:23 12 sentyabr 2025
"Highlander" filmi təxirə salındı - Səbəb

"Highlander" filmi təxirə salındı - Səbəb

11:38 12 sentyabr 2025
"Qorxu seansı" filminin ssenaristləri bəlli oldu

"Qorxu seansı" filminin ssenaristləri bəlli oldu

17:15 11 sentyabr 2025
Maqsud İbrahimbəyovun  filmlərinin nümayişinə başlanılıb

Maqsud İbrahimbəyovun filmlərinin nümayişinə başlanılıb

12:10 11 sentyabr 2025
“Mavi dənizin sahilində”  filminin 90 yaşı tamam olur

“Mavi dənizin sahilində” filminin 90 yaşı tamam olur

10:30 11 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər