"Hərb və sülh" yenidən çəkilir

"Hərb və sülh" yenidən çəkilir
29 dekabr 2014
# 11:19

BBC Britaniya teleyayım korporasiyası 2015-ci ilin yanvarından Rusiyada Lev Tolstoyun “Hərb və sülh” romanı əsasında telefilmin çəkilişlərinə başlayacaq.

Bu barədə şirkət özünün rəsmi saytında məlumat verib. Film çəkilişləri Litva və Latviyada aparılacaq. Bu barədə kulis.az lenta.ru-ya istinadən xəbər verir. Altı seriyadan ibarət ekranizasiya BBC-də göstəriləcək. Hər seriya bir saata yaxın nəzərdə tutulub. BBC telekanalının rəhbəri Şarlotta Murun söylədiyinə görə, Tolstoyun romanı əsasında çəkilən serial kanal üçün hadisə olacaq.

Ssenarinin müəllifi Endryu Devis olacaq. Endryu bundan əvvəl Ceyn Ostin, Çarlz Dikkens, Uilyam Tekkere və Boris Pasternakın (“Doktor Jivaqo”) əsərlərini ekran üçün işləyib. Serialın quruluşçu rejissoru Tom Harper olacaq. T.Harper bundan əvvəl “Qara paltarlı qadın: ölüm mələyi” filmini çəkib. Prodüserlərsə “Şerlok” serialının yaradıcılarından olan Betan Cons və Feyt Petxel olacaq.

Nataşa Rostovanı “Daunton abbatlığı” teleserialından məşhurlaşan britaniyalı aktrisa Lili Ceyms oynayacaq. Andrey Balkonski roluna isə Maykl Linin “Uilyam Terner” filmindən tanınan britaniyalı Ceyms Norton çəkiləcək. Pyer Bezuxovu amerikalı aktyor Pol Dano oynayacaq. Pol Dano “12 il qul olmaq” filmində dülgər Con Tibitsi oynayıb.

2015 ci ilin 1 yanvarından BBC radiosunda “Hərb və sülh”ün 10 saatlı audio quruluşu efirə gedəcək.

Qeyd edək ki, BBC korporasiyası romanı hələ 1972-ci ildə ekranlaşdırmışdı.

1965-67-ci illərə aid sovet bədii filmində isə Sergey Bondarçuk xarici film nominasiyası üzrə “Oskar” almışdı.

# 2403 dəfə oxunub

Oxşar xəbərlər

"Michael" filminin ikinci hissəsi  üçün aktyor seçildi

"Michael" filminin ikinci hissəsi üçün aktyor seçildi

13:30 21 avqust 2026
Məhbusların mübarizəsi, güllələnən fəhlələr... - Andrey Konçalovskinin məşhur filmləri

Məhbusların mübarizəsi, güllələnən fəhlələr... - Andrey Konçalovskinin məşhur filmləri

17:50 20 avqust 2026
“Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” filminin çəkilişləri yekunlaşdı

“Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” filminin çəkilişləri yekunlaşdı

17:20 19 avqust 2026
Kinotənqidçilər və Kinoşünaslar Gildiyası növbəti mükafatlarını  təqdim etdi

Kinotənqidçilər və Kinoşünaslar Gildiyası növbəti mükafatlarını təqdim etdi

18:40 18 avqust 2026
Klaustrofobiya, xaos və yaşamaq instinkti... - Roman Polanskinin 5 məşhur filmi

Klaustrofobiya, xaos və yaşamaq instinkti... - Roman Polanskinin 5 məşhur filmi

14:30 18 avqust 2026
Dünya kinosunun "mafiya lideri" - Robert De Nironun unudulmaz rolları

Dünya kinosunun "mafiya lideri" - Robert De Nironun unudulmaz rolları

17:00 17 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər