Xalq artisti Fəxrəddin Manafov gəmiçiliklə bağlı filmə çəkildi

Xalq artisti Fəxrəddin Manafov gəmiçiliklə bağlı filmə çəkildi
24 oktyabr 2023
# 12:50

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi ilə ölkəmizdə milli gəmiçiliyin əsasının qoyulmasının 165 illiyinə həsr olunmuş “Üç əsrə şahid” adlı qısametrajlı bədii-sənədli film çəkilib.

Kulis.az xəbər verir ki, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Elxan Cəfərov olan ekran əsərində milli gəmiçiliyin zəngin tarixi, ənənələri, müasir dövrdəki inkişafı əksini tapıb. Bundan başqa, filmdə 1855-1916-cı illərdə yaşamış, gəmiçilik təcrübəsinə və səriştəsinə görə Rus admiralının qərarı ilə diplom alan ilk azərbaycanlı dənizçi Hacı Vahab Əliqulu oğlunun timsalında dənizçilərimizin ümumiləşdirilmiş obrazı təqdim olunur.

Xalq artisti Fəxrəddin Manafovun əsas qəhrəmanı canlandırdığı filmdə bədii səhnələrlə yanaşı, izləyiciləri təəccübləndirəcək sənədli kadrlar da yer alıb.

Filmin süjet xətti kimi, musiqisi də orijinallığı ilə seçilir. Ekran işində səslənən “Xəzərin sahilində” mahnısına Xalq artisti Alim Qasımov və Araz Hümbətli yeni nəfəs verib.

Bədii-sənədli film yaxın günlərdə ASCO-nun bütün rəsmi platformalarında təqdim olunacaq.

AZƏRTAC

# 2241 dəfə oxunub

Oxşar xəbərlər

“Molla Nəsrəddin. Çətin günlərimin dostu”  filmi bu il yayımlanacaq

“Molla Nəsrəddin. Çətin günlərimin dostu” filmi bu il yayımlanacaq

15:29 7 may 2026
"Oskar"da qaydalar başdan-ayağa dəyişdi - Süni intellektə sərt qadağa

"Oskar"da qaydalar başdan-ayağa dəyişdi - Süni intellektə sərt qadağa

11:36 7 may 2026
“İşıq” filmi üzərində son tamamlama işləri aparılır

“İşıq” filmi üzərində son tamamlama işləri aparılır

18:11 6 may 2026
“Araşdırın!” bədii filmi Dövlət Film Fondunun <arxivinə daxil edildi - 48 ildən sonra

“Araşdırın!” bədii filmi Dövlət Film Fondunun - 48 ildən sonra

12:10 6 may 2026
Türkiyədə Azərbaycan Kinosu Günləri

Türkiyədə Azərbaycan Kinosu Günləri

10:07 6 may 2026
“Bir səfərin izi ilə”  filmi nümayiş olundu

“Bir səfərin izi ilə” filmi nümayiş olundu

10:20 5 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər