Kinematoqrafçılar: “Azərbaycanfilm” acınacaqlı vəziyyətdədir"

Kinematoqrafçılar:  “Azərbaycanfilm” acınacaqlı vəziyyətdədir"
1 may 2025
# 09:45

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyinin geniş tərkibdə iclası keçrilib.

Kulis.az xəbər verir ki, clasın gündəliyində Azərbaycan kinosunun bir sıra vacib problemlərinin müzakirəsi, o cümlədən, prioritet məsələ kimi C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının düşdüyü acınacaqlı vəziyyətin hərtərəfli araşdırılması məsələsi dururdu.

Çıxış edənlər bildirdilər ki, müvafiq qurumlar kinostudiyanın müstəqil fəaliyyət göstərməsi üçün ciddi tədbirlər görməli, davamlı film istehsalı üçün zəruri şərt kimi bu kollektivə kifayət qədər maliyyə vəsaiti ayrılmalıdır. Bununla bağlı maneələr tezliklə aradan qaldırılmalı, kinostudiyanın arzu olunan fəaliyyəti üçün yüksək şərait yaradılmalıdır.

İclasda belə bir əminlik ifadə olundu ki, AKİ ilə Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) daha sıx və səmərəli əməkdaşlığı üçün radikal adımlar atılmalıdır. Təbii ki, birgə əməkdaşlıq milli kinomuzun inkişafında mühüm stimul olardı.

İclasda kinematoqrafçıların Şəkidəki Yaradıcılıq Evinin sahmana salınması və tezliklə kinematoqraçıların istifadəsinə verilməsi barədə təkliflər səsləndi və bu çağırış razılıqla qarşılandı.

Daha sonra AKİ-nin son bir illik fəaliyyəti ilə bağlı geniş məlumat dinlənildi və ötən müddətdə görülən işlər müsbət qiymətləndirildi.

# 2232 dəfə oxunub

Oxşar xəbərlər

Tokio Film Festivalı başladı

Tokio Film Festivalı başladı

12:00 27 oktyabr 2026
“Star Trek”in ulduzu Uolter Keniq vəfat etdi

“Star Trek”in ulduzu Uolter Keniq vəfat etdi

10:40 27 oktyabr 2026
"DC"nin qorxu filmi kassada birinci oldu

"DC"nin qorxu filmi kassada birinci oldu

12:20 26 oktyabr 2026
“Dostlar”ın ulduzu Metyu Perrinin həyatına dair sənədli film yayımlanacaq

“Dostlar”ın ulduzu Metyu Perrinin həyatına dair sənədli film yayımlanacaq

12:00 26 oktyabr 2026
Marqot Robbinin köhnə serialı süni intellektlə yenidən hazırlanır

Marqot Robbinin köhnə serialı süni intellektlə yenidən hazırlanır

11:40 26 oktyabr 2026
"Paramount" və "Warner Bros." birləşdi

"Paramount" və "Warner Bros." birləşdi

11:20 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər