“Kapitan və Xəzər dənizi” sənədli filmi beynəlxalq festivalda

“Kapitan və Xəzər dənizi”  sənədli filmi beynəlxalq festivalda
24 iyul 2026
# 12:00

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibi, rejissor, prodüser Türkan Hüseynin “Kapitan və Xəzər dənizi” sənədli filmi Sarayevo Film Festivalının müsabiqə proqramına seçilib.

Kulis.az xəbər verir ki, Kino Agentliyinin (ARKA) dəstəyi ilə ərsəyə gələn “Kapitan və Xəzər dənizi” qısametrajlı sənədli filmi Avropanın ən nüfuzlu kino tədbirlərindən biri olan Sarayevo Film Festivalının sənədli filmlər bölməsinin rəsmi proqramına seçilib və mükafat uğrunda mübarizə aparacaq.

Sarayevo Film Festivalı (SFF) Avropa və dünya kinosunun mühüm platformalarından biri hesab olunur. Festivalın sənədli filmlər bölməsi Amerika Kino Akademiyasının mükafatlarına (Oskar) birbaşa kvalifikasiya hüququ verir. Bu bölmədə qalib gələn tammetrajlı sənədli film növbəti mərhələdə “Oskar” mükafatının müvafiq kateqoriyası üzrə iddialılar siyahısına daxil olmaq imkanı əldə edir.

“Rental Azərbaycan” MMC tərəfindən istehsal olunan filmin ssenari müəllifi və rejissoru Türkan Hüseyn, prodüseri isə Emil Nəcəfovdur. 2023-cü ildə ARKA tərəfindən keçirilmiş “Dövlət sifarişi və dəstəyi ilə istehsal olunan film layihələrinə dəstək müsabiqəsi”nin qaliblərindən olan bu layihə, animasiya və arxiv materiallarının hibrid formasında işlənməsi ilə fərqlənir. Filmin animasiya hissəsi “Harmony of Chaos” studiyasında istehsal olunub.

Ekran əsəri 1990-cı ilin 20 Yanvar faciəsindən, həmin dövrdə Xəzər Dəniz Neft Donanmasının kapitanlarının, eləcə də tarixi hadisələri lentə alan jurnalist və operatorların fədakarlığından bəhs edir.

Qeyd edək ki, “Kapitan və Xəzər dənizi” layihəsi istehsal dövründə Krakov Film Festivalının market proqramında, həmçinin “Beldocs Pitching Forum” və “Balkan Watchers” platformalarında iştirak edib. Filmin ərsəyə gəlməsinə Azərbaycan Kinematoqrafçılar İttifaqı və İctimai Televiziya tərəfindən dəstək göstərilib.

# 553 dəfə oxunub

Oxşar xəbərlər

Almodovarın yeni filmi təqdim olunacaq

Almodovarın yeni filmi təqdim olunacaq

15:20 10 sentyabr 2026
Məktəb, sevgi, tənhalıq... – Sentyabrda baxılacaq ən yaxşı 10 film

Məktəb, sevgi, tənhalıq... – Sentyabrda baxılacaq ən yaxşı 10 film

15:00 10 sentyabr 2026
“44” bədii filminin “Duyğu” adlı tizeri yayımlandı

“44” bədii filminin “Duyğu” adlı tizeri yayımlandı

14:24 10 sentyabr 2026
"Star Trek" pərəstişkarlarından tarixi Ginnes rekordu

"Star Trek" pərəstişkarlarından tarixi Ginnes rekordu

14:02 10 sentyabr 2026
“South Park” adını dəyişdirdi – Trampa cavab olaraq

“South Park” adını dəyişdirdi – Trampa cavab olaraq

12:20 9 sentyabr 2026
Qüruru tapdalanan imam,  hiyləğər valsatan, qəddar terrorçu... - Sərhat Kılıçın yaddaqalan rolları

Qüruru tapdalanan imam, hiyləğər valsatan, qəddar terrorçu... - Sərhat Kılıçın yaddaqalan rolları

10:30 9 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər