Baş nazirin məşuqəsi məktub yazdı

Baş nazirin məşuqəsi məktub yazdı
1 iyun 2011
# 11:18
İtaliyanın baş naziri Silvio Berluskoni ilə seksual qalmaqalda adı hallanan Rubi təxəllüslü mərakeşli rəqqasə Kərimə əl-Maruq rejissor Vudi Allenə məktub yazıb.

Kulis.az-ın italyan nəşri Oggiyə istinadən verdiyi xəbərə görə Rubi bu məktubu -Allenin 64-cü Kann kinofestivalında onun haqqında danışdığını biləndən sonra yazmağı qərara alıb.

Rejissor jurnalistlərlə söhbətində Rubinin məlahətli olduğunu deyib: “Onunla heç zaman qarşılaşmasam da, məncə o cazibədardır. Onu filmə də çəkmək olar”.


Rejissorun sitatı bir çox italyan qəzetlərində yer alandan sonra Rubi Allenə məktub yazıb: \\\"Əziz maestro, yerli mətbuatdan sizin mənimlə maraqlandığınızdan xəbər tutdum. Diqqətinizdən qürür duyuram və ümid edirəm ki, sizi məyus etməyəcəm” rəqqasə məktubuna bu sözlərlə başlayıb.

Sonra Rubi onunla yaxın zamanda görüşmək və müştərək planlarını müzakirə etmək istədiyini deyib. Bununla yanaşı Rubi qeyd edib ki, onun indiki vəziyyətini ideal adlandırmaq olmaz. Amma rəqqasə rejissorun köməyi ilə hörmətli aktrisa ola biləcəyinə ümid bəslədiyini deyib.

Rubi özünü səfeh saymadığını, ədəbiyyatla, fəlsəfəylə, prinsipləri olan qız kimi təqdim edə biləcəyinə inandığını yazıb. Hətta mütaliə etdiyini təsdiq etmək üçün yaxınlarda danimarkalı filosof Seren Kyerkeqorun traktatını oxuduğunu da qeyd edib.

Sonda Rubi Allenə öz arzularından yazıb: “Mənim arzum sizin ilham pəriniz olmaqdır. Yeni Mia Ferroru, yeni Dayan Kiton kimi (Allenin filmlərində rol almış aktrisalar-R.N.). Sizin köməyinizlə mən Qahirənin al-qırmizi qızılgülü olmaq və gələcəkdə ora ağ atda getmək istəyirəm”.

Allenin məktuba reaksiyası hələ məlum deyil. Rejissor yaxında İtaliyada yeni filminin çəkilişlərinə başlayacaq.

Xatırladaq ki, Berluskoni Kərimə əl Mahruqla – bir neçə il əvvəl o yetkinlik yaşına çatmamış cinsi əlaqədə olduğuna görə ittiham edilir.

Rəna NEVZAT
# 2396 dəfə oxunub

Oxşar xəbərlər

“Dune 3”  üçün 55 tonluq kosmik gəmi tikildi

“Dune 3” üçün 55 tonluq kosmik gəmi tikildi

12:30 4 noyabr 2026
Süni intellektin  yaratdığı ilk film istəniləni vermədi – Milyonluq layihəyə tamaşaçı tapılmadı

Süni intellektin yaratdığı ilk film istəniləni vermədi – Milyonluq layihəyə tamaşaçı tapılmadı

10:43 4 noyabr 2026
“Qışqırıq”ın əfsanəvi qəhrəmanı qayıdır – Səkkizinci film hazırlanır

“Qışqırıq”ın əfsanəvi qəhrəmanı qayıdır – Səkkizinci film hazırlanır

11:40 3 noyabr 2026
“Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirildi

“Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirildi

09:30 3 noyabr 2026
Ceyn Ostinin məşhur romanı yenidən ekranlaşdırılır:  Elizabet Bennet və mister Darsi kim olacaq?

Ceyn Ostinin məşhur romanı yenidən ekranlaşdırılır: Elizabet Bennet və mister Darsi kim olacaq?

13:30 2 noyabr 2026
“Harri Potter” serialında yeni aktyorlar məlum oldu: Sehrli papağı kim səsləndirəcək?

“Harri Potter” serialında yeni aktyorlar məlum oldu: Sehrli papağı kim səsləndirəcək?

13:00 2 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər