Gicgahıma güllə sıxsam qəfildən; Adın qopar şaqqıldayan tətikdən GÜNÜN ŞEİRİ

Gicgahıma güllə sıxsam qəfildən; Adın qopar şaqqıldayan tətikdən <span style="color:red;"> GÜNÜN ŞEİRİ
6 iyun 2016
# 10:13

Şeirlər vardır, yazıldığı gündən dillərə, könüllərə düşən... İllər ötüb keçsə də yaddaşın bir küncündə, dilin ucunda qalan...İnsan yaşa dolsa da heç zaman qocalmayan, hər zaman öz estetik təravətini saxlayan, vəsf etdiyi duyğular qədər təmiz, saf və əbədi olan şeirlər... Kulis.az-ın “Günün şeiri” layihəsində bu şeirlər yada salınır. Bu ölməz şeirlərə yeni könüllər, yeni könül evləri, yeni sevgilər tapmaq üçün... Şeirləri çoxaltmaq üçün...

Marina Svetayeva: “Sənin adın – quş kimidi əlimdə” (Blok haqqında şeirlərdən)

Ramiz Rövşənin tərcüməsində

Sənin adın – quş kimidi əlimdə,

Sənin adın – buz kimidi dilimdə.

Sənin adın – hərflərin beşidi*,

Dodağımın bircə tərpənişidi.

Cingildəyən gümüş zınqırovdumu?

Havadaca tora düşən topdumu.

Sənin adın – bu bahar gecəsində

Çöldən keçən atların nal səsində.

Sakit gölə bir daş atsam bu gecə

Qulağıma sənin adın gələcək.

Gicgahıma güllə sıxsam qəfildən,

Adın qopar şaqqıldayan tətikdən.

Sənin adın – necə deyim, ax, necə?! –

Yuxulu gözdən bir öpüşdü gizlicə.

Sonra çıxıb tez qapını örtməkdi.

Sənin adın – qışda qarı öpməkdi.

Bircə qurtum sərin sudu, sərin su…

Və lap dərin bir yuxudu, bir yuxu.

* İnqilabdan əvvəl Blok adı beş hərfli idi (Блокъ)


# 3208 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçılar gündəmi şərh etməlidirmi? - Cavid Ramazanov

Yazıçılar gündəmi şərh etməlidirmi? - Cavid Ramazanov

12:00 8 aprel 2026
"Uçurumun kənarında dayandığınızı görmürsünüzmü?" - Mətanət Vahid

"Uçurumun kənarında dayandığınızı görmürsünüzmü?" - Mətanət Vahid

11:35 8 aprel 2026
Geriyə proyeksiya poetikası – Cavanşir Yusifli

Geriyə proyeksiya poetikası – Cavanşir Yusifli

18:31 6 aprel 2026
Könüllü aldanışla xoşbəxt olmaq... - Mətanət Vahid

Könüllü aldanışla xoşbəxt olmaq... - Mətanət Vahid

14:30 2 aprel 2026
Qadın yazıçılarımız bu mövzulardan yazmalıdır!

Qadın yazıçılarımız bu mövzulardan yazmalıdır!

14:15 2 aprel 2026
Unudulmuş Nobel mükafatçısı - Onun yaradıcılığı hansı kriteriya üzrə qiymətləndirilmişdi?

Unudulmuş Nobel mükafatçısı - Onun yaradıcılığı hansı kriteriya üzrə qiymətləndirilmişdi?

14:00 2 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər