Gecəyarı qapıları döyməyin; Yetim var ki, möcüzəyə inanar. - GÜNÜN ŞEİRİ

Gecəyarı qapıları döyməyin; Yetim var ki, möcüzəyə inanar. -<span style="color:red;"> GÜNÜN ŞEİRİ
2 sentyabr 2016
# 10:52

Şeirlər vardır, yazıldığı gündən dillərə, könüllərə düşən... İllər ötüb keçsə də yaddaşın bir küncündə, dilin ucunda qalan...İnsan yaşa dolsa da heç zaman qocalmayan, hər zaman öz estetik təravətini saxlayan, vəsf etdiyi duyğular qədər təmiz, saf və əbədi olan şeirlər... Kulis.az-ın “Günün şeiri” layihəsində bu şeirlər yada salınır. Bu ölməz şeirlərə yeni könüllər, yeni könül evləri, yeni sevgilər tapmaq üçün... Şeirləri çoxaltmaq üçün...

Zülfüqar Rüfətoğlu: "Gecələri qapıları döyməyin"

Gecəyarı qapıları döyməyin,

Ürək var ki, tıqqıltıya dayanar.

Gecəyarı qapıları döyməyin,

Yetim var ki, möcüzəyə inanar.

Gecəyarı qapıları döyməyin,

Ata var ki, yuxu bilməz həsrəti

Ana var ki, namaz üstə yaşayır

Oğul var ki, başa çatıb xidməti.

Gecəyarı qapıları döyməyin,

Bir möcüzə saxlayıbsa sizi sağ,

Bu dünyadır, vallah- billah bilinməz

Qapı açıb, kim qarşıya çıxacaq?

Gecəyarı qapıları döyməyin,

Haradasa “Ev yiyəsi!”- deyən var,

Gecəyarı evinizə tələsin,

- Bəlkə sizin qapını da döyən var.

# 13199 dəfə oxunub

Oxşar xəbərlər

"İlhamın belə roman yazacağını qətiyyən gözləmirdim" - Seymur Baycan

"İlhamın belə roman yazacağını qətiyyən gözləmirdim" - Seymur Baycan

12:49 25 mart 2026
"Sözün devalvasiyaya uğradığı çağdaş dövrdə..." - Rafiq Həşimov

"Sözün devalvasiyaya uğradığı çağdaş dövrdə..." - Rafiq Həşimov

14:00 24 mart 2026
"Şəxsi münasibətlərin ədəbiyyata dəxli olmamalıdır..." -  İsa İsmayılzadə ilə Ələkbər Salahzadəni nə birləşdirirdi?

"Şəxsi münasibətlərin ədəbiyyata dəxli olmamalıdır..." - İsa İsmayılzadə ilə Ələkbər Salahzadəni nə birləşdirirdi?

12:00 24 mart 2026
İşıqlı və “iynəli” şeirlər haqqında düşüncələr - Sona Vəliyeva

İşıqlı və “iynəli” şeirlər haqqında düşüncələr - Sona Vəliyeva

12:13 23 mart 2026
Sakrallıq və aldanışların vəhdətində - "Dəccal" - Elnarə Akimova

Sakrallıq və aldanışların vəhdətində - "Dəccal" - Elnarə Akimova

11:40 23 mart 2026
"Vəslin mənə Novruz gecəsi oldu müyəssər..."  - Novruz bayramı ədəbiyyatda

"Vəslin mənə Novruz gecəsi oldu müyəssər..." - Novruz bayramı ədəbiyyatda

12:00 21 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər