Sənli xatirələr dağılıb evə; Bağışla, otağım tör-töküntüdü- GÜNÜN ŞEİRİ  

Sənli xatirələr dağılıb evə; Bağışla, otağım tör-töküntüdü-<span style="color:red;"> GÜNÜN ŞEİRİ  
1 iyul 2016
# 10:37

Şeirlər vardır, yazıldığı gündən dillərə, könüllərə düşən... İllər ötüb keçsə də yaddaşın bir küncündə, dilin ucunda qalan...İnsan yaşa dolsa da heç zaman qocalmayan, hər zaman öz estetik təravətini saxlayan, vəsf etdiyi duyğular qədər təmiz, saf və əbədi olan şeirlər... Kulis.az-ın “Günün şeiri” layihəsində bu şeirlər yada salınır. Bu ölməz şeirlərə yeni könüllər, yeni könül evləri, yeni sevgilər tapmaq üçün... Şeirləri çoxaltmaq üçün...

Salam Sarvan:Bağışla, otağim tör-toküntüdü”

Yuvam dimdiyimdə gəzirəm hələ…

Sənsiz yer də yoxdu, dərbədər mənə

Gəl e, gəl qırılıb qırağa düşmüş

o qol-budağımdan meyvə dər mənə.

Bilmirəm keçirim hansı halını –

Oynayım toyuna, batım yasına?..

Hər gün neçə məktub yazıb cırıram,

cırıb tullayıram… poçt qutusuna.

Gözləməkdən gözüm çuxura düşüb,

gör heç soruşursan, nə çöküntüdü?

Sənli xatirələr dağılıb evə –

bağışla, otağım tör-töküntüdü.

# 8557 dəfə oxunub

Oxşar xəbərlər

100 il əvvəl yazılanlar... - Nəcəf bəy Vəzirovun əsərləri bu gün aktualdırmı?

100 il əvvəl yazılanlar... - Nəcəf bəy Vəzirovun əsərləri bu gün aktualdırmı?

10:00 9 iyul 2026
"Görünür, ağcaqanadlar müəllifi çox narahat edib" - Hekayə müzakirəsi

"Görünür, ağcaqanadlar müəllifi çox narahat edib" - Hekayə müzakirəsi

12:15 8 iyul 2026
Ayasofiya qazisinin qara eynəyinin arxasında nə gizlənir? - Səlim Babullaoğlunun ən sirli kitabı haqqında

Ayasofiya qazisinin qara eynəyinin arxasında nə gizlənir? - Səlim Babullaoğlunun ən sirli kitabı haqqında

15:00 7 iyul 2026
"İnsanın içində öldürdüyü uşaq" - Rüstəm Dastanoğlu

"İnsanın içində öldürdüyü uşaq" - Rüstəm Dastanoğlu

15:00 7 iyul 2026
İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

16:31 6 iyul 2026
Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

18:47 3 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər