Bir qrup elm adamı ədəbiyyatın müsbət keyfiyyət aşılayan xüsusiyyətlərini üzə çıxarmaq məqsədilə bir sıra romanların insan beynini inkişaf etdirdiyini müəyyən edib. Kulis.az-ın edebiyathaber.net saytına istinadən verdiyi xəbərə görə alimlər apardıqları təcrübənin nəticəsində bu qərar gəliblər ki, bəzi romanlar sosial əlaqələri gücləndirərək insan xarakterini dəyişdirir, ünsiyyət qurmağı asanlaşdırır.
Toronto Universitetinin müəllimləri psixiatr Keyt Otley və İnqrid Vikelqren tərəfindən “Scientific American”da (“Elmi Amerika”) yazılan məqaləyə görə, roman qəhrəmanları ilə doğmalaşmaq həm xəyal dünyasını genişləndirir, inkişaf etdirir, həm də sosial əlaqələri gücləndirir.
Keyfiyyətli romanlar bu təsirləri ilə insan beynini itiləşdirir və insani münasibətlərə aid maraqlı məlumatlar verir. İki elm adamı insan beynini ən çox inkişaf etdirən 10 kitabı da müəyyənləşdiriblər
Siyahıda Lev Tolstoyun “Anna Karenina”sı və ya Virciniya Vulfun “Xanım Dellouy”u ilə yanaşı pakistanlı yazıçı Möhsin Həmidin 2007-ci ildə yazdığı “Könülsüz fundamentalist” romanı da yer alır.
İohann Volfqanq Göte “Gənc Verterin iztirabları” (1787)
Ceyn Ostin “Eşq və qürur” (1813)
Nataniel Qotorn “The Scarlet Letter”, “Qırmızı ləkə” (1850)
Qustav Flober “Xanım Bovari” (1856)
Corc Eliot “Midlmarç” (1870)
Lev Tolstoy “Anna Karenina” (1877)
Virciniya Vulf “Xanım Dellouy” (1925)
Toni Morrison “Sevgili” (1987)
Con Maksvell Kutzee “Şərəfsizlik” (1999)
Möhsin Həmid “Könülsüz fundamentalist” (2007)
İnsan beyninə təsir edən 10 roman -SİYAHI
Oxşar xəbərlər
"Dünya şeytana papış tikən insanlarla dolub-daşır..." - Etimad Başkeçid
14:00
18 dekabr 2025
Təbrizdə nazir, Karaqandada məhbus, Bakıda mürdəşir... - 20 il həbsdə qalan azərbaycanlı şair kim idi?
18:41
15 dekabr 2025
Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan ədəbiyyatı - İradə Musayeva
18:01
15 dekabr 2025
Luvr muzeyinin 400 əməkdaşı tətil elan etdi: İşçilər nədən narazıdır?
14:09
15 dekabr 2025
"Gənc yazıçı bir səhvdən qaçıb başqa birinə düşə bilər..." - Yaxşı hekayəni necə yazmaq olar?
12:00
15 dekabr 2025
Bitməyən komediyaya sözardı... - Niyə belə etdin, Kamal Abdulla?
14:50
13 dekabr 2025