M.S.Ordubadinin əsəri Almaniyada nəşr edilib - FOTO

M.S.Ordubadinin əsəri Almaniyada nəşr edilib - <span style="color:red;">FOTO
3 iyul 2017
# 13:30

Almaniyanın “Borsdorf Winterwork” nəşriyyatında Məmməd Səid Ordubadinin “İki çocuğun Avropa səyahəti” (“Die Reise zweier Jungen nach Europa”) adlı əsəri alman dilində çap olunub.

APA-nın xəbərinə görə, akademik İsa Həbibbəyli kitaba yazdığı ön sözdə Avropa oxucusuna M. S. Ordubadinin həyat və yaradıcılığı, “İki çocuğun Avropa səyahəti” əsəri haqqında müfəssəl məlumat verib.

“İki çocuğun Avropa səyahəti” əsəri ilk dəfə 1907-1908-ci illərdə Bakıda nəşr edilən “Tazə həyat” qəzetində əski əlifba ilə hissə-hissə çap olunub. 94 günlük səyahəti canlandıran əsər on məktubdan ibarət olub, “Şərq-Qərb müqayisəsi yolu ilə milli oyanışa və dirçəlişə çağırış motivi”ni əks etdirir. Qərb həyat tərzini təsvir edən bu əsər mövzu, süjet və kompozisiyası etibarilə məktub-romandır. Kitab artıq Alman Milli Kitabxanasının biblioqrafiyasında qeydiyyatdan keçirilib. Əsər haqqında ətraflı biblioqrafik məlumatları http://www.d-nb.de saytında əldə etmək mümkündür. Əsəri alman dilinə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Xanım Zairova tərcümə edib.

# 2022 dəfə oxunub

Oxşar xəbərlər

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

15:00 22 iyun 2026
"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

13:00 22 iyun 2026
Yenilməz söz yolçusu - Afaq Məsud

Yenilməz söz yolçusu - Afaq Məsud

17:04 19 iyun 2026
Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

16:20 18 iyun 2026
“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

14:30 16 iyun 2026
“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

14:00 14 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər