Nazirlik maliyyələşdirdiyi filmlərin ssenarisinə müdaxilələr edir

Nazirlik maliyyələşdirdiyi filmlərin ssenarisinə müdaxilələr edir
22 yanvar 2016
# 15:41

APA.TV-nin "Müzakirə saatı" verilişində bu dəfə "Müasir Azərbaycan kinosunda mövcud vəziyyət" barədə söhbət aparılıb. Verilişdə kino tənqidçisi Sevda Sultan, resjissorlar Cavid Təvəkkül, Şahin Zəkizadə, Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin əməkdaşı Elşad Ərşadoğlu iştirak ediblər.

Mövzuya ilk münasibət bildirən Sevda Sultanova kinonun inkişafını daxili bazarın, prodüser mərkəzlərinin və müstəqil prodakşnların inkişafı ilə əlaqələndirib. "Çox istəyərdim ki, rejissorlarımızın keyfiyyətli işlərini, fərdi yaradıcılıq üslubunu görəm. Düzdür, son illərdə istər dövlətin, istərsə də kommersiya təşkilatlarının dəstəyi ilə filmlər çəkilir. Kinonun inkişafı üçün ilk növbədə daxili bazar olmalıdır ki, sonrakı mərhələdə biz artıq kəmiyyət və keyfiyyətdən rahat danışaq bilək. Biz hələ də kinoya əyləncə kimi baxırıq. Elə XX əsin əvvəllərində də bizdə kino məhz bu maraqdan yarandı. Hətta ictimai statusu olan nə qədər insanla kino haqda danışanda belə, onların kino barədə olan təfəkkürü, laqeyd münasibəti məni təəssüfləndirib. Qəribə bir hal da var ki, nazirlik maliyyələşdirdiyi filmlərdə bəzən ssenariyə müdaxilələr edir. Buna baxmayaraq bizdə çox az da olsa keyfiyyətli filmlər çəkilir. Məsələn, çox cəsarətlə deyə bilərəm ki, Asif Rüstəmovun "Axınla üzü aşağı" filmi Azərbaycanı beynəlxalq kino festivallarında təmsil edə biləcək filmlərdəndir".

Elşad Ərşadoğlu Mədəniyyət və Turizm Nazirliyi tərəfində ssenarilərin Məşvərət şurasından keçdiyini bildirib: "Ssenarilər bu şöbəyə təqdim olunur. Şuranın üzvləri tanınmış kino xadimləri, bu sahədə peşəkar insanlardır. Müzakirələrdən sonra layihə kinostudiyaya təqdim olunur və nazirlik filmin çəkilişi üçün lazım olan maliyyəni ayırır".

Şahin Zəkizadə bildirib ki, Azərbaycanda kommersiya filmləri adətən komediya janrında çəkilir. "Amma bu o demək deyil ki rejissorlarımız dram, aksiyon filmləri çəksələr tamaşaçı gəlməyəcək. Sadəcə bu işlərin kökündə maliyyə problemi dayanır. İstər pis, istərsə də yaxşı hər bir çəkilən film Azərbaycan bazarını inkişaf etdirir. Elə biz indi çəkilən seriallarımızla əvvəlki dövrlərdə çəkilənləri müqayisə etsək, çox böyük fərq görə bilərik".

Cavid Təvəkkül həm kommersiya, həm də dövlət tərəfindən çəkilən filmləri kateqoriyaya bölmək istəmədiyini deyib: "Film filmdir. Bunun uğurlusu ya uğursuzu var. Kommersiya filmi adı əslində Hollivuddan gəlib. Adətən onlar alınmayan filmləri belə adlandırırdılar. O ki qaldı ssenari məsələsinə, hazırda dünya kinosunda ssenari qıtlığı yaşanır. Ümumiyyətlə götürəndə elə ssenarilər var ki, yazıda çox bayağı görünür. Əsas rejissor peşəkarlığı və ideyanı, mövzunu filmdə necə çatdırmaqdır".

Yaradıcılığı əsasən sənədli filmlərdən ibarət olan Tahir Əliyev bu sahədə bədii film sahəsinə nisbətən nikbin vəziyyət olduğunu bildirib. "Əlbəttə bunun da əsas səbəbi maliyyə ilə bağlıdır. Çünki sənədli filmlərin büdcəsi az olur və texniki cəhətdən bunu hər bir televiziyada reallaşdırmaq mümkündür. Əvvəllər televiziyalar sənədli filmlərin çəkilişinə böyük dəstək göstərdiyi halda, əfsus ki indi bu ənənə durğunluq dövrünü yaşayır. İndi heç sənədli filmlərə yaxın durmurlar. Mənə elə gəlir ki, bu da televiziya rəhbərlərinin təfəkküründən irəli gələn problemdir. Sənədli kinonu sevmək üçün insanda həm təfəkkür, həm də zövq lazımdır. Baxmayaraq ki, Gəncə Azərbaycanın ikinci böyük şəhəridir, orada nə kino fakültəsi, nə də kinostudiya fəaliyyət göstərir. Niyə nazirlik bu haqda heç bir tədbir görmür. Yəqin düşünür ki, orda ayrıca kino istehsalı olsa...".

Bölgələrdə yetərincə istedadlı gənclərin, ümumiyyətlə bu sahənin adamlarının olmasına baxmayaraq, kinostudiyaların fəaliyyət göstərməməsi məsələsinə digər iştirakçılar da münasibət bildirib.

Söhbəti tam olaraq "Müzakirə saatı"nda izləyin.

# 686 dəfə oxunub

Oxşar xəbərlər

"Ağacın dönər yemək arzusu inandırıcı deyil" - Hekayə müzakirəsi

"Ağacın dönər yemək arzusu inandırıcı deyil" - Hekayə müzakirəsi

12:00 3 may 2024
Ərinə itaət edən qadının böyüklüyü - Dinozavr yumurtası, yoxsa əjdaha yumurtası?

Ərinə itaət edən qadının böyüklüyü - Dinozavr yumurtası, yoxsa əjdaha yumurtası?

09:00 3 may 2024
"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

12:00 1 may 2024
Siyasət şairi öldürür... - Dünyada heç şeir yazmamış adam var?

Siyasət şairi öldürür... - Dünyada heç şeir yazmamış adam var?

12:00 28 aprel 2024
Peşəsindən yarımayan zabit şöhrəti, ad-sanı necə qazansın? - Gözləməklə keçən ömür

Peşəsindən yarımayan zabit şöhrəti, ad-sanı necə qazansın? - Gözləməklə keçən ömür

10:00 27 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
# # #