Kamal Abdulla beynəlxalq Elmlər Akademiyasının akademiki seçilib

Kamal Abdulla beynəlxalq Elmlər Akademiyasının akademiki seçilib
8 may 2016
# 22:10

Məşhur yazıçı- publisist, dramaturq, akademik Kamal Abdulla Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü -akademiki seçilib. Akademiyanın Rəyasət Heyətinin bu il aprelin 27 -də keçirilmiş iclasında Kamal Abdullanın türk dünyası qarşısında müstəsna xidmətləri, türk dilli ədəbiyyatın tədqiqi və zənginləşdirilməsi sahəsində böyük elmi -praktik fəaliyyəti nəzərə alınaraq bu məşhur elm ocağının akademiki seçilməsi haqqında yekdilliklə qərar qəbul edilib.

Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmler Akademiyası türk dünyasında və türk toplumlarının yaşadığı ölkələrdə türk dilini, tarixini, mədəniyyətini öyrənmək, araşdırmaq və yaymaq məqsədi ilə yaradılmış beynəlxalq elmi qurumdur.

Hazırda akademiyanın ABŞ, Fransa, İtalya, İngiltərə, Almaniya, Belçika, Rumıniya, İsveçrə, Hollandiya, İran, Rusiya, Suriya, İordaniya, Misir, Ukrayna, Iraq, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırgızıstan, Bolqarıstan, Moldova, Kosova, Makedonya, Yunanıstan, Çin kimi ölkələrdə rəsmi təmsilçilikləri vardır. Türk dünyasının məşhur elm adamları, yazıçı və şairlərinin bütün dünyada tanıdılması və təbliği Akademiyanın ən önəmli vəzifələrindəndir.

"Unutmağa kimsə yox", " Qəribədi, deyilmi?!", "Kədərli seçmələr" , bir çox xarici dillərə, o cümlədən Türkiyə türkcəsinə tərcümə edilmiş "Yarımçıq əlyazma", "Tarixsiz gündəlk", "Sehrbazlar dərəsi", "Labirint" və s. əsərləri ilə dünya şöhrəti qazanmış Kamal Abdulla yaradıcılığı qardaş Türkiyədə maraqla izlənilir, onun "Kitabi Dədə Qorqud" eposu ilə bağlı araşdırmaları türk ədədbiyyat tarixçilər və etnoqraflarının ən çox müraciət etdikləri əsərlər sırasındadır.

Görkəmli dilçi alim, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki, professor-doktor Tuncer Gülənsoy Kamal Abdullanı hələ 1986-cı ildən tanıdığını və onun yaradıcılığını maraqla izlədiyini bildirmişdir. Onun fikrincə, türk xalqları ədəbiyyatına, dilçiliyinə özünəməxsus dəst-xətt yeni , nəfəs gətirən akademik K.Abdulla heç nə yazmasaydı belə, "Kitabi-Dədə Qorqud" araşdırmaları ilə türk dünyası tarixində ən fəxri yerlərdən birini tutmağı haqq edən sənətkardır. Onun bədii yaradıcılığı isə hələ də özünün konstruktiv, obyektiv tənqidçilərini araşdırmaçılarını gözləyir. Türkiyədə də Kamal Abdulla nəsrinə, fəlsəfəsinə və yaradıcılıq dəst-xəttinə maraq gündən- günə artmaqdadır.

# 1461 dəfə oxunub

Oxşar xəbərlər

İstedadlı adamın infantil söhbətləri - Seymur Baycan

İstedadlı adamın infantil söhbətləri - Seymur Baycan

10:00 26 sentyabr 2025
"Yaxşı dillə yazılsa da, yeknəsəq və yorucudur..."  - MÜZAKİRƏ

"Yaxşı dillə yazılsa da, yeknəsəq və yorucudur..." - MÜZAKİRƏ

12:00 25 sentyabr 2025
“Anadolunun qapıları arxasındakı xəzinələr”  adlı sərgi keçirildi

“Anadolunun qapıları arxasındakı xəzinələr” adlı sərgi keçirildi

14:20 23 sentyabr 2025
Azərbaycanda qadın yazıçılara seksist münasibət

Azərbaycanda qadın yazıçılara seksist münasibət

11:45 23 sentyabr 2025
Böyürtkənli torpaq haqqında sevgi dolu kitab - Qulu Məhərrəmli

Böyürtkənli torpaq haqqında sevgi dolu kitab - Qulu Məhərrəmli

15:47 19 sentyabr 2025
Qeyri-adi atmosfer cəhdi - Orxan Həsəni oxucunu niyə tanış ədəbi klişelərdən çıxarmaq istəyir?

Qeyri-adi atmosfer cəhdi - Orxan Həsəni oxucunu niyə tanış ədəbi klişelərdən çıxarmaq istəyir?

13:45 19 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər