“Özüm də istəmədən; Səni unuda bilmirəm” -GÜNÜN ŞEİRİ  

“Özüm də istəmədən; Səni unuda bilmirəm” -GÜNÜN ŞEİRİ  
14 iyun 2016
# 11:08

Şeirlər vardır, yazıldığı gündən dillərə, könüllərə düşən... İllər ötüb keçsə də yaddaşın bir küncündə, dilin ucunda qalan...İnsan yaşa dolsa da heç zaman qocalmayan, hər zaman öz estetik təravətini saxlayan, vəsf etdiyi duyğular qədər təmiz, saf və əbədi olan şeirlər... Kulis.az-ın “Günün şeiri” layihəsində bu şeirlər yada salınır. Bu ölməz şeirlərə yeni könüllər, yeni könül evləri, yeni sevgilər tapmaq üçün... Şeirləri çoxaltmaq üçün...

Rasim Qaraca: “Səni necə unudum”

sən ötən avtomobillərsən

elektrikli reklamlarsan

səni necə unudum

su köşklərisən

işıqforlarsan

küçədən keçən adamlarsan

afişalarsan

şüşəbəndli vitrinlərsən

hər addımda sən

kinoteatrlarsan

metro eskalatorlarısan

uşaq arabalarısan

küçə süpürənsən

bilet satansan

televiziya qülləsisən

hər an yadıma düşürsən

özüm də istəmədən

səni unuda bilmirəm

hər siqaret yandıranda

səni xatırlayıram

avtomat telefonlarsan

plastik jetonlarsan

asma saatlarsan

yeraltı keçidlərsən

səni necə unudum

8 nömrəli trolleybussan

qar yağmış dayanacaqlarsan

demə ki bu dünyada yoxsan

sən bir fincan isti qəhvə

üstünə yağ yaxılmış çörəksən

# 2555 dəfə oxunub

Oxşar xəbərlər

"Görünür, ağcaqanadlar müəllifi çox narahat edib" - Hekayə müzakirəsi

"Görünür, ağcaqanadlar müəllifi çox narahat edib" - Hekayə müzakirəsi

12:15 8 iyul 2026
Ayasofiya qazisinin qara eynəyinin arxasında nə gizlənir? - Səlim Babullaoğlunun ən sirli kitabı haqqında

Ayasofiya qazisinin qara eynəyinin arxasında nə gizlənir? - Səlim Babullaoğlunun ən sirli kitabı haqqında

15:00 7 iyul 2026
"İnsanın içində öldürdüyü uşaq" - Rüstəm Dastanoğlu

"İnsanın içində öldürdüyü uşaq" - Rüstəm Dastanoğlu

15:00 7 iyul 2026
İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

16:31 6 iyul 2026
Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

18:47 3 iyul 2026
Tadeuş Borovskinin “düşərgələşmiş insan” obrazı  nəyi təsvir edirdi?

Tadeuş Borovskinin “düşərgələşmiş insan” obrazı nəyi təsvir edirdi?

14:30 1 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər