Bir bulvar hekayəsi

Bir bulvar hekayəsi
6 iyun 2013
# 07:00

Kulis.Az Nicat Məmmədovun “ Sevgi və sairə ” hekayəsini təsdiq edir.

"Ruslan Azəri" silsiləsindən...

Emin və Lalə təzə tanış olmuşdular. Amma buna baxmayaraq bir-birlərini möhkəm sevirdilər. Hər axşam görüşub parkda əl-ələ tutaraq gəzişirdilər. Bu gün də həmin adətə sadiq qalaraq parka çıxmışdılar. Hava artıq qaranlıq idi. Sevgililər dondurma yeyərək demək olar ki, yüzüncü dövrəni vururdular. Birdən onların arxasında iki cüssəli cavan oğlan peyda oldu. Oğlanlar cütlüyün arxasınca düşdü. Aralarındakı məsafə bir-iki metrdən çox olmazdı.

- Bomba şeydiyeee, – oğlanlardan biri Laləni nəzərdə tutaraq dedi.

- Həəə, özum ölüm bomba şeydi, – digəri dostunun sözünü təsdiqlədi.

Bu sözlər cütlüyün qulağına çatdı. Eminin qanı qaraldı, amma arxadakı səslərin yoğunluğundan hiss etdi ki, əclafların cavabını təkbaşına verə bilməyəcək. Bunu duyan Lalə özünü itirmədi:

- Emin, əzizim, sən get evə, heç narahat olma, bunlarla mən özüm söhbət edəcəyəm.

- Lalə, axı...

- Dedim də, get, narahat olma.

Emin heç vaxt Lalənin sözündən çıxmırdı. Bu dəfə də çıxmadı. İti addımlarla dayanacağa tərəf yüyürdü. Lalə geri dönüb oğlanlara yaxınlaşdı:

- Uşaqlar, deyəsən xoşunuza gəlmişəm, – cazibədarcasına gülümsəyərək dedi.

- Elədi, elədi, – deyə sağdakı oğlan acgöz baxışlarla qızı süzdü.

- Gəlin, onda keçək kolluğa, mən sizin qulluğunuzda hazıram.

Oğlanlar irişə-irişə qızin arxasınca sıx kolluğa girdilər. Lalə onların qarşısında sakitcə durub əynindəki koftanı, sonra da məmədanını çixardı:

- Hə, necədi?

- Bombadıyeee, bomba!!! – ikisi də birnəfəsə dedi.

- Xoşunuza gəlir?

- Hə!

- Qalan şeyləri də görmək istəyirsiz?

- Əlbəttə!

- Onda bir şərtim var. Üçəcən sayacam, “üç” deyən kimi sən sağ, sənsə sol döşümün giləsinə toxunmalısan. Oldu?

- Niyə?!

- Mən belə ehtirasa gəlirəm...

Oğlanlar gülümsəyib başlarını razılıq əlaməti ilə yellədilər. Lalə saymağa başladı:

- Bir, iki,....

“Üç” deyilən kimi iki şəhadət barmağı iki məməyə toxundu. Bu an Lalə içinə hava üfürülmüş şar kimi dərhal partladı. Qəlpələri əclafların ikisini də cırıq-cırıq etdi.

Parkda füsunkar atəşfəşanlıq başladı.

# 3050 dəfə oxunub

Oxşar xəbərlər

Həqiqətənmi kitabın rəqibi sosial şəbəkələrdir? - Mətanət Vahid

Həqiqətənmi kitabın rəqibi sosial şəbəkələrdir? - Mətanət Vahid

11:00 30 iyul 2026
Süni İntellektuallarımız necə yarandı?

Süni İntellektuallarımız necə yarandı?

13:00 27 iyul 2026
Heç kim Lənkərandan Bakıya gəlmir, Bakıdan Lənkərana qayıtmır

Heç kim Lənkərandan Bakıya gəlmir, Bakıdan Lənkərana qayıtmır

12:30 24 iyul 2026
Yazıçının ustalığı hansı məqamda ortaya çıxır? - "Şeytan əməli" haqqında

Yazıçının ustalığı hansı məqamda ortaya çıxır? - "Şeytan əməli" haqqında

12:15 22 iyul 2026
Güzgüdə özündən başqa heç nə görməyənlər

Güzgüdə özündən başqa heç nə görməyənlər

10:00 17 iyul 2026
İnsan dostunu nə vaxt unudur? – "Qum adası"nın sirri

İnsan dostunu nə vaxt unudur? – "Qum adası"nın sirri

12:00 16 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər