Yazıçının arvadı ilə imzaladığı unikal razılaşma

Yazıçının arvadı ilə imzaladığı unikal razılaşma
5 dekabr 2012
# 08:15

Amerikan yazıçı Kurt Vonnequt 16 aylıq evli olduğu hamilə arvadı ilə 1947-ci ildə bir razılaşma imzalayıb. Razılaşma, uşaq doğulana və arvadının əvvəlki gücünü bərpa edənə qədər Vonnequtun öhdəliklərindən ibarətdir.

Yazıçının “Kurt Vonnequt: Məktublar” adlı kitabında nəşr olunmuş sözügedən razılaşmanı təqdim edirik.

“Mən – Kurt Vonnequt aşağıdakı öhdəlikləri yerinə yetirəcəyimə söz verirəm:

1) Razılaşmaya görə, arvadım bundan sonra deyinməyəcək, sözümü kəsməyəcək, işləyəndə məni narahat etməyəcək, mən də bunun qarşılığında həftədə bir dəfə öz seçdiyim gün və saatda mətbəxin, hamamın döşəməsini silməyə söz verirəm.

Bundan başqa, işimi axıracan və nöqsansız edəcəyəm, vannanın altını, unitazın arxasını, soyuducunun altını, küncləri, yerindən qaldırıla bilən əşyaların altını yaxşıca siləcəyəm, işimə başdansovdu yanaşmayacağam. Təmizlik nə qədər çətin də olsa, söyüş söyməyəcəyəm. Əgər bunları yerinə yetirməsəm, arvadım deyinməkdə, sözümü kəsməkdə, təmizlik edilməyənə qədər məni narahat etməkdə sərbəstdir.

2) Aşağıdakı bəzi xırda işləri də yerinə yetirəcəyəm:

a) Geyinmədiyim paltar və ayaqqabılarımı şkafa qoyacağam.

b) Evə ayaqqabı ilə girməyəcəyəm, zibil atmağa çıxanda ev başmaqlarımı geyinəcəyəm, ayağımı silib içəri girəcəyəm.

c) İşlənmiş kağız, boş siqaret qutusu və digər şeyləri yerdə, divanın üstündə qoymayacaq, zibil qutusuna atacağam.

d) Təraş olduqdan sonra təraş əşyalarımı yuyub, şkafa qoyacağam.

e) Arvadım çirkli paltarları yığıb paltar səbətinə qoyandan sonra onları üç gündən gec olmayaraq yuyulmağa verəcəyəm; iki həftə ərzində də gedib götürəcəyəm.

f) Siqaretin külünü külqabıya tökəcəyəm. Külqabını kitabların üstünə, kreslonun qoluna, dizim kimi qeyri-sabit, düşməyə meylli yerlərə qoymayacağam.

g) Siqaretimin küllərini arvadımın çox sevdiyi və 1945-ci ilin Yeni ili üçün aldığı qırmızı dəridən hazırlanan zibil qutusuna atmayacağam. Beləcə həmin zibil qutusunun gözəlliyinə xələl gətirməyəcəyəm.

h) Arvadım məndən bir şey istəsə və istəyi kişinin edə biləcəyi şey olsa (arvadım hamilə olanda), üç gün ərzində bunu yerinə yetirəcəyəm. Elə edəcəyəm ki, arvadım üç gün ərzində bu mövzuda hər hansı xəbərdarlıq, xatırlatma etməsin. Yerinə yetirməsəm, arvadım deyinməkdə, sözümü kəsməkdə və məni narahat etməkdə sərbəstdir.

i) Yuxarıdakı maddədəki üç günlük vaxt limiti bu hallarda istisna ola bilər: zibilləri atmaqda – bunun üçün 3 gün gözləməmək daha yaxşıdır; 3 saat ərzində zibilləri atacağam. Əlbəttə, çalışacağam ki, arvadım görməmişdən əvvəl özüm zibilləri görüb tullayım.

j) Əgər bu qaydaları mənasız olmağı, yaxud mənim azadlığımı məhdudlaşdırdığı qənaətinə gəlsəm, onları dəyişdirmək üçün mübahisələr apara, yeni təkliflər verə bilərəm.

k) Bu razılaşma uşağımız olana və arvadım əvvəlki gücünü bərpa edənə qədər davam edəcək.

P.S. Görəsən, bizdə hansı yazıçı bu qaydalara əməl etməyə razı olardı?

Mənbə: “Harper’s Magazine”

Tərcümə etdi: Rena Nevzat

# 2081 dəfə oxunub

Oxşar xəbərlər

"Gərək özünüz öləsiniz..." - Müəllif oxucunu hansı sualla baş-başa qoyur?

"Gərək özünüz öləsiniz..." - Müəllif oxucunu hansı sualla baş-başa qoyur?

14:50 3 iyun 2026
Unudulmuş Nobel mükafatçısı - O, reenkarnasiya haqqında hansı şah əsəri yazıb?

Unudulmuş Nobel mükafatçısı - O, reenkarnasiya haqqında hansı şah əsəri yazıb?

17:05 2 iyun 2026
Seymur Baycanın və Günel Mövludun yerinə utanıram - Ulucay Akif

Seymur Baycanın və Günel Mövludun yerinə utanıram - Ulucay Akif

13:00 2 iyun 2026
Alfa nəslinin ədəbiyyatı - Uşaqların diqqətini maraqsız mətnlə cəlb etmək mümkündürmü?!

Alfa nəslinin ədəbiyyatı - Uşaqların diqqətini maraqsız mətnlə cəlb etmək mümkündürmü?!

16:00 1 iyun 2026
"Ağlaya-ağlaya əlyazmalarımı yandırırdım..." - Anna Zegers ölüm düşərgəsi haqqında nə yazmışdı?

"Ağlaya-ağlaya əlyazmalarımı yandırırdım..." - Anna Zegers ölüm düşərgəsi haqqında nə yazmışdı?

13:30 1 iyun 2026
"Qarabağda doğulan azadlıq şəfəqləri Qərbi Azərbaycana da düşəcək" - Bəhruz Niftəliyev

"Qarabağda doğulan azadlıq şəfəqləri Qərbi Azərbaycana da düşəcək" - Bəhruz Niftəliyev

10:40 1 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər