"Qəzetlərdə bircə kəlmə də həqiqət yoxdur"

"Qəzetlərdə bircə kəlmə də həqiqət yoxdur"
25 fevral 2014
# 08:15

Bencamin Dizraeli (1804 - 1881) – Böyük Britaniya tarixinin ən görkəmli ictimai-siyasi xadimlərindəndir. Yəhudi əsilli bu şəxs Konservatorlar (Mühafizəkarlar) Partiyasının liderlərindən biri olub, İcmalar Palatasının sədri və maliyyə naziri təyin olunub, 1868-ci və 1874-80-ci illərdə ölkənin baş naziri seçilib, kraliça tərəfindən ona qraf və İngiltərə peri ünvanları verilib.

Gənclik illərindən sözə-sənətə dərin maraq duyan B.Dizraeli bayronizm ruhunda bir romanla bədii yaradıcılığa başlayıb. Sonralar o, 2 sosial, 1 ekzotik və 1 tarixi roman yazıb.

Kulis.az Bencamin Dizraelinin aforizmlərini oxuculara təqdim edir.

Öz kitabları barədə ağızdolusu danışan yazar da elə övladlarıyla öyünən ana qədər darıxdırıcıdır.

Qaranlıq daxmaları bürüyən çarəsizlik çilçıraqlı saraylar üçün aşkar təhlükədir.

Tarixi kitablar əvəzinə bioqrafiyaları oxuyun, çünki onlarda təsvir olunan həyatlar heç bir nəzəriyyənin əsiri deyil.

Qardaşlıq şüarı altında bu dünyada o qədər şər işlər törədilir ki, əgər mənim doğma qardaşım olsaydı, sırf bu üzdən onu «xalaoğlu» adlandırardım.

Qəzetlərdə bircə kəlmə də həqiqət yoxdur. Elə buna görə də onları hamı oxuyur.

İstənilən dühanın yaratdıqları sırf onun təşəbbüskarlığının bəhrəsidir.

Qəhrəmanları yetişdirən – onların qəhrəmanlığa bəslədikləri inamdır.

Səs – insan xarakterinin ən doğru aynasıdır.

Bəli, mən – yəhudiyəm və məni buna görə aşağılayan cənabın əcdadları bilinməz bir adada icma halında yaşadıqları vaxt mənim babalarım Solomon (Süleyman) peyğəmbərin məbədində rahib idilər.

Ən qaranlıq saatlar alatoran vaxtına təsadüf edir.

Bismark bilərəkdən ixtilaflar yaradırdı ki, sonradan onları yoluna qoymaqdan həzz ala bilsin.

Düşdüyü şərait insanı formalaşdırmır, insan şəraiti formalaşdırır.

Səbirli olan birisi üçün hər şey gəlib keçir.

Xırda-xuruş işlər xırda-xuruş insanların yaranmasına səbəb olur.

İnsanın pula duyduğu hərislik eşqdən daha güclü ehtirasdır.

Başqası üçün edə biləcəyin ən böyük xeyirxahlıq təkcə sənə aid ən yaxşı şeyləri onunla paylaşman deyil, həm də ondakı gizli üstünlükləri onun özünə göstərməkdir.

Əgər bir insanın könlünü fəth eləməyi umursansa, mübahisə zamanı bilərəkdən ona yenil.

Nə bir şeyi izah elə, nə də kimsəni suçla!

Hamımız sevilmək üçün doğuluruq. Bu varlığımızın prinsipi və yeganə məqsədidir.

Bütün həyat – cıdır yarışıdır. Başqa izah… yersizdir.

Kasıb yaşasam da, zəngin kimi öləcəyəm. Kaş hər şey tam tərsinə olaydı.

Çoxları elə zənn edir ki, bizim əcdadımız yük heyvanı olub və buna görə də biz istənilən yükü daşımaqdan yalnız məmnunluq duymalıyıq.

İlk sevginin bütün tilsimi də ondadır ki, onun ardınca ikincinin də gələcəyinə hələlik inanmırsan.

16 yaşında liberal (sərbəst) düşüncə sahibi olmayanın qəlbi-ruhu yoxdur. 60 yaşına çatıb, konservator (mühafizəkar) olmayanın isə ağlı yoxdur.

İnsanlıq tarixindəki ən böyük faciə – çap dəzgahının ixtirasıdır.

Ən dəqiq məlumatlara malik olanlar daha böyük uğurlar qazanırlar.

Hər hansı mövzu ilə tanışlığın ən yaxşı yolu – ona dair kitab yazmaqdır.

Ədliyyə – canlı ədalətdir, ədalət isə – hərəkətdə olan həqiqət.

Cavanlıq – yanılmalar dövrüdür, yetkinlik çağı – mübarizələr, qocalıq isə – acı təəssüflər.

Bütün ümumiləşdirmələr kimi bu da yanlışdır.

Bir şeyin ciddiyyəti onun doğruluğuna əsla dəlalət eləməz.

Yalanın üç növü var: yalan, ağ yalan və statistika.

Müstəqillik elan etmələri müstəmləkələri heç də asılılıqdan qurtarmır.

Təcrübə – fikirdən doğur, fikir isə – hərəkətdən. Ona görə də insanları sadəcə kitablarla yetişdirmək imkansızdır.

Eyni adamla Allahın ver günü səmimi davranmaqdan ötrü insan möhkəm əsəblərə malik olmalıdır.

Partiya – təşkilatlanmış ictimai fikirdir.

Könlümə roman oxumaq düşəndə mən onu… özüm yazıram.

# 4587 dəfə oxunub

Oxşar xəbərlər

Travmatik yaşantının vizual simvolu - Dilrubanın bananlarla oynama aludəliyini niyə birmənalı yozmaq mümkün olmur?

Travmatik yaşantının vizual simvolu - Dilrubanın bananlarla oynama aludəliyini niyə birmənalı yozmaq mümkün olmur?

15:00 12 avqust 2025
"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." -  Yaşar Rzayevin Vəlisi ilə  Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." - Yaşar Rzayevin Vəlisi ilə Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

09:00 11 avqust 2025
"Buna Azərbaycan dilində yazılmış mətn deməyə adam çətinlik çəkir..." -  Abbasqulu ağa Bakıxanov niyə  ərəb-fars tərkibləri ilə yazırdı?

"Buna Azərbaycan dilində yazılmış mətn deməyə adam çətinlik çəkir..." - Abbasqulu ağa Bakıxanov niyə ərəb-fars tərkibləri ilə yazırdı?

12:15 8 avqust 2025
Yar yaraya çevriləndə... -    Müşfiqin illüziyadan gerçəkliyə sərt keçidi

Yar yaraya çevriləndə... - Müşfiqin illüziyadan gerçəkliyə sərt keçidi

09:00 8 avqust 2025
Xalq yazıçısı Anar: "Elçin bu sirri özüylə apardı..."

Xalq yazıçısı Anar: "Elçin bu sirri özüylə apardı..."

12:10 7 avqust 2025
"O tozu bir oxucu kimi boğazımda hiss edirəm..." - Firəngiz niyə Məhərrəmə ərə getməyə razı olur?

"O tozu bir oxucu kimi boğazımda hiss edirəm..." - Firəngiz niyə Məhərrəmə ərə getməyə razı olur?

09:00 7 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər