Sevgilimizin qollarında anamızı xatırlamaq

Sevgilimizin qollarında anamızı xatırlamaq
16 yanvar 2013
# 14:20

Kulis.Az Salam Sarvanın iki yeni şeirini təqdim edir.

***

Baxtımızdan...

Analarımız bizi 40 yaşımızdan sonra yetim qoyurlar –

get-gedə uşaqlaşan vaxtımızda...

Bunu sənə gələcəyə öncəgörən kimi,

keçmişə görməmiş kimi baxan bu adam deyir.

Darıxan bu adam deyir:

sevgilimizin qolları arasında anamızın yada

düşməyindən məlumdu uşaqlaşmağımız.

Yalnız o, yalnız o rəhmətlik arvad bilərdi

bu dəhşətli sualın cavabını:

Ki, hansı istiqamətə hərəkətdi

getdikcə hər yerdən uzaqlaşmağımız?

“Yekə kişi” kimi yaşamış internat uşaqlarındanam e –

bizim yanımızda ata-ana, bacı-qardaş olmayıb,

onunçün də gözümüzdə heç vaxt yaş olmayıb.

İndi tez-tez kövrəlməyimin sirri elə budu ki,

uşaq vaxtı yıxılanda ağlamadığım ağrılara

mən indi ağlayıram.

And olsun çıxmış canına...

İndi tez-tez ölmək istəməyimin sirri elə budu ki,

tez-tez incidilən uşaq kimi

qaçmaq istəyirəm anamın yanına.

Dizlərini qucaqlayıb demək istəyirəm:

məni ruhdan salan bu ömrün, bu günün ağrıları deyil,

məni TARİX ruhdan salıb, ay ana.

Mahnı mətni

Ürəyində bir rəqəm tut

altıdan altımışacan.

Mən onu düşünüb tapım

səndən uzaqda qışacan.

Qışda qar yağsa dizəcən,

gələ bilməsəm sizəcən...

Gözündə bir damcı yaş tut

və gözlə gələn yazacan.

Yazda qəlbində həyəcan

doxsan gün qalmış toyacan

əlində bir dəstə gül tut,

soldurma gələn yayacan.

Yayda payıza qalmasam,

sən adda qıza qalmasam...

Rəqəmi unut,

göz yaşını ut,

gülləri qurut...

Qucağında bir körpə tut,

böyüt onu yüz yaşacan.

Gözün aydın olsun, Qızım,

başacan olsun, başacan!

# 5599 dəfə oxunub

Oxşar xəbərlər

Bitməyən komediyaya sözardı... - Niyə belə etdin, Kamal Abdulla?

Bitməyən komediyaya sözardı... - Niyə belə etdin, Kamal Abdulla?

14:50 13 dekabr 2025
İlk intertekstual türk romanının müəllifi - Oğuz Atayın əsərindəki “Üçbucaq arzu” nədir?

İlk intertekstual türk romanının müəllifi - Oğuz Atayın əsərindəki “Üçbucaq arzu” nədir?

12:30 13 dekabr 2025
"Boynumu aşağı əyərək dedi ki,  bu qəzeti yala..." - Təbrizli yazıçını niyə təhqir etmişdilər?

"Boynumu aşağı əyərək dedi ki, bu qəzeti yala..." - Təbrizli yazıçını niyə təhqir etmişdilər?

10:00 13 dekabr 2025
"Xarici yazıçıların əsərlərinin imitasiyası var, müəllifin təcrübəsizliyi ciddi hiss olunur" - Hekayə müzakirəsi

"Xarici yazıçıların əsərlərinin imitasiyası var, müəllifin təcrübəsizliyi ciddi hiss olunur" - Hekayə müzakirəsi

11:46 10 dekabr 2025
"Dünyasını dəyişən ana, qürbətdə yaşayan qardaş, tək qalan ata və..."  - Elnarə Akimova

"Dünyasını dəyişən ana, qürbətdə yaşayan qardaş, tək qalan ata və..." - Elnarə Akimova

16:00 20 noyabr 2025
“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti  müzakirə

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti müzakirə

16:57 18 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər