“Mən acanda sən həyatını bağışlayırdın”

“Mən acanda sən həyatını bağışlayırdın”
4 dekabr 2012
# 10:58

Mən səndən ölürdüm

Furuğ Fərruxzad

Mən səndən ölürdüm

Amma sən mənim yaşamımdın

Sən mənimlə gedirdin

Sən məndə oxuyurdun

Mən parkları bekar gəzdiyim zaman

Sən mənimlə gedirdin

Sən məndə oxuyurdun

Sən qarağacların arasından, eşq sərçələrini

Pəncərənin səhərinə çağırırdın

Gecə təkrarlandığında

Gecə bitmək bilməyəndə

Sən qarağacların arasından, eşq sərçələrini

Pəncərənin səhərinə çağırırdın

Sən çıraqlarınla gəlirdin küçəmizə

Sən çıraqlarınla gəlirdin

Uşaqlar getdiyi zaman

akasiya salxımları yatınca

Və mən aynada yalnız qalınca

Sən çıraqlarınla gəlirdin...

Sən əllərini bağışlardın

Sən gözlərini bağışlardın

Sən mehribanlığını bağışlardın

Mən acdığım zaman

Sən həyatını bağışlayırdın

Sən işıq kimi səxavətliydin

Sən lalələri dərirdin

Və saçlarımı örtərdin

Saçlarım çılpaqlıqdan titrədikləri zaman

Sən lalələri dərirdin

Sən yanaqlarını yapışdırırdın

Döşlərimin iztirabına

Və mənim

Artıq deməyə bir sözüm qalmadığında

Sən yanaqlarını yapışdırırdın

Döşlərimin iztirabına

Və dinləyirdin

Sızıldayaraq axan qanımı

ağlayaraq ölən eşqimin səsini

Sən dinləyərdin

Amma görmürdün məni

Farscadan tərcümə Türkan Urmulu

# 1889 dəfə oxunub

Oxşar xəbərlər

"Gərək özünüz öləsiniz..." - Müəllif oxucunu hansı sualla baş-başa qoyur?

"Gərək özünüz öləsiniz..." - Müəllif oxucunu hansı sualla baş-başa qoyur?

14:50 3 iyun 2026
Unudulmuş Nobel mükafatçısı - O, reenkarnasiya haqqında hansı şah əsəri yazıb?

Unudulmuş Nobel mükafatçısı - O, reenkarnasiya haqqında hansı şah əsəri yazıb?

17:05 2 iyun 2026
Seymur Baycanın və Günel Mövludun yerinə utanıram - Ulucay Akif

Seymur Baycanın və Günel Mövludun yerinə utanıram - Ulucay Akif

13:00 2 iyun 2026
Alfa nəslinin ədəbiyyatı - Uşaqların diqqətini maraqsız mətnlə cəlb etmək mümkündürmü?!

Alfa nəslinin ədəbiyyatı - Uşaqların diqqətini maraqsız mətnlə cəlb etmək mümkündürmü?!

16:00 1 iyun 2026
"Ağlaya-ağlaya əlyazmalarımı yandırırdım..." - Anna Zegers ölüm düşərgəsi haqqında nə yazmışdı?

"Ağlaya-ağlaya əlyazmalarımı yandırırdım..." - Anna Zegers ölüm düşərgəsi haqqında nə yazmışdı?

13:30 1 iyun 2026
"Qarabağda doğulan azadlıq şəfəqləri Qərbi Azərbaycana da düşəcək" - Bəhruz Niftəliyev

"Qarabağda doğulan azadlıq şəfəqləri Qərbi Azərbaycana da düşəcək" - Bəhruz Niftəliyev

10:40 1 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər