“Milli Kitab Mükafatını boykot edirəm”

“Milli Kitab Mükafatını boykot edirəm”
7 iyun 2013
# 13:36

Milli Kitab Mükafatı (MKM) haqda növbəti ittiham yazıçı Azad Qaradərəlidən gəlib. MKM-in qısa siyahısında yer almış yazıçı Kulis.Az-a verdiyi açıqlamada Zakir Sadatlının qəsdən birinci yerə çıxarıldığını bildirib: “Zakiri qəsdən qalib etdilər ki, mənim kimi adamlar sussun. Mən də Zakirə görə danışmadım. Çünki Zakirlə çörək kəsmişik, bir yerdə işləmişik. Rəhmətə getmiş adam haqda artıq-əskik danışmaq olmaz. Yenə də danışmayacaqdım. Sadəcə Pərviz Cəbrayılın bu gün yazdığı yazıdan sonra sükutu pozdum. Mən hər zaman sözümü açıq şəkildə demişəm. Nə Rəşad Məcidin, nə də başqasının qarşısından qaçmamışam. Romanımda tayfabazlıqdan yazmışam. Yəqin münsiflərin bir neçəsi öz sürətlərini əsərdə görüb xoflanıblar. Münsiflər heyətində hörmət etdiyim görkəmli filosof, ədəbiyyatşünas Niyazi Mehdi var. İstəyərdim ki, o və Əkrəm Əylisli buna münasibət bildirsinlər. Bəlkə mənim romanımı onlara verməyiblər, əsərlə tanış deyillər. Mən birinci yerə iddialı idim. Gəlsinlər müsabiqə təşkil edək. Küçədən keçənləri yox, qələm adamlarını çağıraq qiymət versinlər”.

Azad Qaradərəli Nigar Köçərliyə inandığı üçün müsabiqədə iştirak etdiyini söyləyib: “Düşünürdüm ki, Nigar xanım ədəbiyyatın mənafeyi üçün çalışır. Görünür o, müstəqil deyilmiş. Nəticələrin belə olacağını bilsəydim qətiyyən iştirak etməzdim. Özünə hörmət edən adam o cür biabırçı yarışmada iştirak etməzdi. Yazıçılar Birliyinin keçirdiyi əcaib-qəraib müsabiqədə mənim də əsərim onluğa düşmüşdü. Orada baş verən qalmaqallara görə yarışmadan imtina etmişdim. MKM-də də belə biabırçılığın yaşanacağını bilsəydim, iştirak etməzdim. Bununla bir daha sübut olundu ki, Azərbaycanda normal ədəbiyyat yarışması keçirmək qeyri-mümkündür. MKM-i boykot edirəm”.

# 2275 dəfə oxunub

Oxşar xəbərlər

"Yaxşı yazıçı olmaq üçün nə etməli?" - Doris Lessinqdən gənc yazıçılara məsləhətlər

"Yaxşı yazıçı olmaq üçün nə etməli?" - Doris Lessinqdən gənc yazıçılara məsləhətlər

17:00 17 oktyabr 2025
"Səksənincilər məişətə məğlub oldular..." - Bu yazıçılar niyə "itkin nəsil" sayılır?

"Səksənincilər məişətə məğlub oldular..." - Bu yazıçılar niyə "itkin nəsil" sayılır?

12:05 16 oktyabr 2025
“Gündəmlə bağlı nəşrlərin uçqunu altında əzilərkən..."  -  Beyin rahatlığını haradan tapaq?

“Gündəmlə bağlı nəşrlərin uçqunu altında əzilərkən..." - Beyin rahatlığını haradan tapaq?

10:30 15 oktyabr 2025
"Roman Azərbaycan dilində yazılıb, amma Azərbaycan dilində deyil" - Vüqar Vandan sərt tənqid

"Roman Azərbaycan dilində yazılıb, amma Azərbaycan dilində deyil" - Vüqar Vandan sərt tənqid

11:12 13 oktyabr 2025
"Müəllif qəhrəmanın travmatik əzablarını dərinləşdirsəydi..." - Elnarə Akimova

"Müəllif qəhrəmanın travmatik əzablarını dərinləşdirsəydi..." - Elnarə Akimova

15:00 12 oktyabr 2025
Macar yazıçı ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb

Macar yazıçı ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb

15:20 9 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər