Yenə Şəfəq, yenə plagiat ittihamı...

Yenə Şəfəq, yenə plagiat ittihamı...
28 dekabr 2013
# 17:10

Türkiyəli yazıçı Elif Şəfəq plagiatlıqda ittiham olunur. Kulis.Az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə Elif Şəfəqin "Ustam və Mən" romanının mövzusunu portuqaliyalı yazıçı Joze Saramaqonun “Filin səyahəti” (The Elephants Journey) kitabından oğurladığı deyilir.

“Ustam və Mən” romanında Hindistandan gətirilmiş Çota adlı fil və onun sirli baxıcısı Cihandan bəhs olunur. Hadisələr XVI əsrdə İstanbulda baş verir.

Nobel mükafatı laureatı Joze Saramaqonun “Filin səyahəti” romanında da hadisələr XVI əsrdə cərəyan edir. Portuqaliya kralı III Joao əmisi oğlu Müqəddəs Roma-German imperatoru II Maksimiliana Süleyman adlı fili hədiyyə göndərir. Süleyman kasıb baxıcısı Subhro ilə birlikdə Lissabondan Vyanaya çətin səfərə yola düşürlər. Portuqaliyanı, İtaliyanı, Alp dağlarını keçən zaman Süleyman və Subhro həyatlarında ilk dəfə bir hindistanlıyla qarşılaşan, ilk dəfə bir fil görən kəndliləri, qəsəbə sakinlərini təəccübləndirir və onlara təsir edir.

Hər iki kitabda hədiyyə edilmiş fil və baxıcıdan bəhs olunması plagiat məsələsini gündəmə gətirib.

Televiziya verilişlərindən birində qonaq olan Elif Şəfəq isə plagiat ittihamlarını rədd edib. Elif Şəfəq Joze Saramaqonun fil və onun baxıcısı haqda roman yazdığından xəbərdar olduğunu, fillər və filbazlardan bəhs edən onlarla kitab adı çəkə biləcəyini söyləyib: “Mən xüsusilə, kitabımda zikr etdim və insanların belə bir kitabın varlığından xəbərdar olmasını istədim. Çünki o vaxt Avropada Süleyman adlı fil yaşayıb. Diqqəti onlara yönəltmək üçün bu əsəri yazdım. 480 səhifəlik kitabı plagiat deyə ləkələmək vicdansızlıqdır. Bu kitab üzərində üç il zəhmət çəkmişəm”.

Məşhur yazıçı sözlərinə belə davam edib: “Osmanlı imperiyasından bəhs edərkən həmişə padşahlardan, vəzirlərdən danışırıq. Sanki heyvanlar tariximizdə heç olmayıb. Mən “Ustam və Mən”də heyvanlardan yazmışam və filin üzərində dayanmışam. Çünki çox yaddaşsız cəmiyyətik, fil isə yaddaşın simvoludur”.

# 2593 dəfə oxunub

Oxşar xəbərlər

Napoleonun elçisinin təriflədiyi Güney Azərbaycan şəhəri - Araşdırma

Napoleonun elçisinin təriflədiyi Güney Azərbaycan şəhəri - Araşdırma

16:05 31 oktyabr 2025
Dövrünün miskin əyyaşı, küçələrdə öz-özünə danışan - Əsl şair-yazıçı ömrü deyəndə nəyi nəzərdə tutulur?

Dövrünün miskin əyyaşı, küçələrdə öz-özünə danışan - Əsl şair-yazıçı ömrü deyəndə nəyi nəzərdə tutulur?

14:00 31 oktyabr 2025
"Onun hər addımı seçim və ya məhv olmaq təhlükəsi altındadır" - Axına qarşı üzən, hamıdan kənarlaşdırılan qadın

"Onun hər addımı seçim və ya məhv olmaq təhlükəsi altındadır" - Axına qarşı üzən, hamıdan kənarlaşdırılan qadın

12:04 31 oktyabr 2025
Əli Novruzov:  "Aqşin Yenisey yuxarı instansiyaları babat aldada bilir"

Əli Novruzov: "Aqşin Yenisey yuxarı instansiyaları babat aldada bilir"

17:59 29 oktyabr 2025
Azərbaycan ədəbiyyatının ən parlaq nəsli bizik! - Orxan Həsəni

Azərbaycan ədəbiyyatının ən parlaq nəsli bizik! - Orxan Həsəni

14:57 28 oktyabr 2025
Azər Turan:  "Azərbaycan ədəbiyyatının Əlisəmid Kür müxalifliyinə ehtiyacı var..."

Azər Turan: "Azərbaycan ədəbiyyatının Əlisəmid Kür müxalifliyinə ehtiyacı var..."

16:30 24 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər