“Qızmış gözlərimdə ölən eşqimi...”

“Qızmış gözlərimdə ölən eşqimi...”
17 aprel 2013
# 10:12

Kulis.Az Saday Şəkərlinin şeirlərini təqdim edir.

El türküsü


Tükləndikcə dırnaqları, yalları,
qırılmasın qanattarı, qolları,
duman bağlar ərlər keçən yolları,
dörtnala çapdım atımı, dörtnala...

Ağrılarım Ağrı dağda yatammaz,
dar günümdə dostlar beni atammaz,
külək çapar, köhlənimə çatammaz,
dörtnala çapdım atımı, dötnala...

Hər nə yerdən səsliyənim varıydı,
süsən-sünbül bəsliyənim varıydı,
Günbatanda gözlüyənim varıydı,
dörtnala çapdım atımı, dörtnala...

Ocaq çattım, ey yatanlar atlanın,
qoy bulansın duşmanların qattanı,
diz qattamaz türk elinin atları,
dörtnala çapdım atımı, dörtnala...

Deyirlər min il qabaq

Min il qabaqlar məni bu dünyada görən olub,
deyirlər...
Deyirlər, günəş olmasan da, hər gün bu dünyanın
gedib-gələn nəfəsi kimi safıydın o vaxtlar...
O vaxtlar hamı sənə baxırdı, sənə-min il sonraya,
işığına, nuruna baxırdı hamı,
beləcə-beləcə, aldadıb
min il yaşadırlar doğulduğu boyda qalan adamı...

Qırmızı gülün də

Qırmızı gülün də gözləri qandı,
məni qan ağladır həsrət beləcə...
Gözlərim kükrədi, ürəyim yandı,
axdı sellər kimi qismət beləcə.

Min ilin qışına bənzədi şerim,
üşüyür misralar: soyuqdu, qardı...
Qırılmış qoşuna bənzədi şerim,
sonuncu sözüm də ölüb-qurtardı...

Solur çiçək kimi zamanın rəngi,
rəsmini yaratdım, xatirə qalsın...
Qoy bu məhəbbətin solmaz çələngi,
sənətdən bezməyən qatilə qalsın...

Qızmış gözlərimdə ölən eşqimi,
dəfn ettim min dəfə bəbəklərimdə...
Hər gün qan gölündə üzən quş kimi,
hər gecə qan damır lələklərimdən...

# 3401 dəfə oxunub

Oxşar xəbərlər

Onun nə vaxt uydurduğunu, nə vaxt gerçəyi söylədiyini anlamaq olmur... -  Sual soruşmağı kim yasaqlaya bilər ki?

Onun nə vaxt uydurduğunu, nə vaxt gerçəyi söylədiyini anlamaq olmur... - Sual soruşmağı kim yasaqlaya bilər ki?

17:20 10 fevral 2026
"Onun qəhrəmanları iyrənmədən yaşaya bilmirlər..." - Bernhardla Dostoyevskini nə birləşdirirdi?

"Onun qəhrəmanları iyrənmədən yaşaya bilmirlər..." - Bernhardla Dostoyevskini nə birləşdirirdi?

13:00 9 fevral 2026
"Pulitser"dən imtina edən Nobel mükafatçısı - O, hekayələrini hansı yazıçıya satmışdı?

"Pulitser"dən imtina edən Nobel mükafatçısı - O, hekayələrini hansı yazıçıya satmışdı?

13:30 7 fevral 2026
"Bu toyun axırında gəlinin üzünün duvağı açılmır..." - Hüseynbala Mirələmov oxucu ilə niyə açıq söhbət edir?

"Bu toyun axırında gəlinin üzünün duvağı açılmır..." - Hüseynbala Mirələmov oxucu ilə niyə açıq söhbət edir?

12:00 7 fevral 2026
Günahı başqalarında axtarmaq ehtiyacı...  - Mətanət Vahid

Günahı başqalarında axtarmaq ehtiyacı... - Mətanət Vahid

14:15 30 yanvar 2026
"Onun yaradıcılıq nümunələri sanki mətnin ortasında qurtarır..." - “Səksənincilər" layihəsindən Kamran İmranoğlunun essesi

"Onun yaradıcılıq nümunələri sanki mətnin ortasında qurtarır..." - “Səksənincilər" layihəsindən Kamran İmranoğlunun essesi

10:00 30 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər