Ağız suyuna bulaşmış 5 ən yaxşı şeir

Ağız suyuna bulaşmış 5 ən yaxşı şeir
5 noyabr 2014
# 10:25

Kulis.az saytı yeni bir maralı layihəyə imza atıb, XX əsrin 5 ən yaxşı şeirini seçmək məqsədilə 103 yazıçı və şair arasında sorğu keçirib. Nəticələr elan olunub və Rəsul Rza favoritlər sırasındadır. İlin, günün, əsrin bu çağında yenidən yaltaqlığın təntənəsinə şahid oluruq.

Elə Kulis.az saytının əməkdaşı Şərif Ağayar, yazdığı bir yazıda, haqlı olaraq, Rəsul Rzanı Anara xoş gəlmək istəyənlərin seçdiyini qeyd edib: "Bu qələm adamlarının (R.Rzanı seçənlərin)yarıdan çoxu Anarın rəhbərliyi altında çalışan adamlardır.". Maqsud İbrahimbəyovun, Fikrət Sadığın, Mübariz Cəfərlinin, Nərgiz Cabbarlının, Rəşad Məcidin, İlqar Fəhminin, Əsəd Cahangirin, Qəşəm Nəcəfzadənin, Azər Turanın, İntiqam Qasımzadənin, Aydın Xanın fərqli bir cavab verəcəyini gözləmək sadəlövhlük olardı. Bu adamlara sorğu göndərəndə nəticələrin necə olacağını təxmin etmək mümkün idi. Bu elə Yazarlar Birliyindəki sədr seçkilərinə bənzəyir: 2000 üzv arasından öz tərəfdarlarını qurultaya dəvət edirsən və... nəticə ürəyin istəyən kimi olur. Dolayısıyla, seçənlər məlumdur, bəs seçənləri kim seçir? Nə üçün sorğu müstəqil yazarlar (Azad Yazarlar demirəm) arasında keçirilmədi? Nə üçün Kulis.az kimi gənc bir kollektiv yenidən qocaların çirkabına özünü bulaşdırdı. Onların insafsız, mürvətsiz və bəzən də vicdansız olduqları dəfələrlə sübuta yetməyibmi? Bütün bu sual işarətləri Kulisçilərin xoş məramına kölgə salmaq üçün deyil. Bu da bir iş idi görülüb, özlərinin də qeyd etdiyi kimi "sözün, dəyərli şeirin tanıdılması, təbliği, bir daha yada salınması üçün" faydalı olduğu göz qabağındadır.

Lakin, Şərif Ağayarın bu günkü yazısında ziddiyyətli bir məqama da toxunmaq istəyirəm. O öz yazısında "80-ci illər də daxil olmaqla yeni nəslin klassiklər bir yana, 60-cılara amansızcasına uduzması"nı yazır. Şərifin bu qədər sadəlövh olduğuna inanmıram. Yuxarıda yazdığım sadə həqiqəti görmək bu qədər çətin olmamalıdır çünki. Sorğuya cəlb olunan adamlarla nəsillərası tarazlığın nisbətinin düz mütənasib olduğu sadə bir həqiqətdir.

Bütün bu deyilənlərlə yanaşı olaraq, sevindirici bir məqamı da burada qeyd etmək istərdim. Bütün neqativlərinə, satqınlığına və yaltaqlığına baxmayaraq, Azərbaycan Yazıçısının qəlbinin lap dərin qatlarında bir insaf qığılcımı hələ də yaşamaqdadır, hələ sönüb qurtarmayıb və külnən küf olmayıb, bir tərəfdən sabunlansa da digər tərəfdən Mikayıl Müşfiqə, Cəfər Cabbarlıya, Əli Kərimə səs verməyi bacarıb. Demək, hələ dirçəlişə ümid var. Demək, Məmmdə İsmayıl demişkən: Hələ yaşamağa dəyər bir az da...

Rasim Qaraca

Literaz.com

# 4575 dəfə oxunub

Oxşar xəbərlər

"Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrini biz yaradırıq!" - Rəvan Cavid

"Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrini biz yaradırıq!" - Rəvan Cavid

14:38 4 noyabr 2025
"Şərif Ağayar Nobel mükafatı alanda birinci özüm..." - POLEMİKA

"Şərif Ağayar Nobel mükafatı alanda birinci özüm..." - POLEMİKA

18:10 3 noyabr 2025
Napoleonun elçisinin təriflədiyi Güney Azərbaycan şəhəri - Araşdırma

Napoleonun elçisinin təriflədiyi Güney Azərbaycan şəhəri - Araşdırma

16:05 31 oktyabr 2025
Dövrünün miskin əyyaşı, küçələrdə öz-özünə danışan - Əsl şair-yazıçı ömrü deyəndə nəyi nəzərdə tutulur?

Dövrünün miskin əyyaşı, küçələrdə öz-özünə danışan - Əsl şair-yazıçı ömrü deyəndə nəyi nəzərdə tutulur?

14:00 31 oktyabr 2025
"Onun hər addımı seçim və ya məhv olmaq təhlükəsi altındadır" - Axına qarşı üzən, hamıdan kənarlaşdırılan qadın

"Onun hər addımı seçim və ya məhv olmaq təhlükəsi altındadır" - Axına qarşı üzən, hamıdan kənarlaşdırılan qadın

12:04 31 oktyabr 2025
Əli Novruzov:  "Aqşin Yenisey yuxarı instansiyaları babat aldada bilir"

Əli Novruzov: "Aqşin Yenisey yuxarı instansiyaları babat aldada bilir"

17:59 29 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər