Qadın skuterə minərdi, əgər əri...

Qadın skuterə minərdi, əgər əri...
22 oktyabr 2013
# 14:18

Yazıçı, tərcüməçi və publisist İrina Anastasiadi 1968 – ci ildə Tbilisidə anadan olub. Gürcüstanda “Xarici dillər” institutunu bitirib. 1993 – cü ildə Yunanıstana miqrasiya edib. Hal – hazırda Sankt Peterburqda bir neçə ədəbi qəzet və jurnallarla, həmçinin «Δρυίδες» (Drides) yunan qəzeti ilə əməkdaşlıq edir.

Əsasən hekayə janrında yazır. O əsərlərini üç dildə yazır (yunan, rus, ingilis). İki kitabı müəllifidir.

Kulis.Az Səid Əliyevin tərcüməsində İrina Anastasiadinin “Günorta” hekayəsini təqdim edir.

Bu da - Tinos şəhəri. Ayaqlarımın altında nəhəng ağ qağayı kimi uzanıb. Quş uçuşu hündürlüyündən ona tamaşa edirəm. İstidir. May ilk günləri üçün həddən artıq istidir. Əsl dənizə baş vurmaq zamanıdır. Onun incə, gümüşü səthinə baxdıqca qəlbim vəcdə gəlir.

Yol kənarında park elədiyim skuterim günəş altında bərk qızmışdı. Yerdən ağır, boğucu iy gəlir. Doqquzdon xoş ətir qoxuyur. Mühərrikə birinci sürəti verib onu işə salıram. Döngədə qeyri-adi cütlük görünür.

Kiçik, büzüşmüş bir qadın ağsaçlı iri bir kişinin əlindən uşaq kimi tutub. Sanki onu hansısa müəmmalı təhlükədən qoruyur. Sürəti azaldıb onlara diqqətlə baxıram.

Kor Kişi qolları qatlanmış boz işçi köynəyində, qadınsa köhnə dəbli güllü paltarda idi. Kişinin ağarmış qıvrım saçlarında tünd-qırmızı rəngli toxunma papaq, qadınınkında isə göy yaylıq vardı.

Qadın qayğı ilə sağ əllə kişinin dirsəyinin altından tutub. Sol əlində isə ağappaq bir göyərçin var. Onlar günün altında ahəstə, rəvan addımlarla gedirlər.

Yerdən ağır, boğucu iy gəlir. Yovşanlar acı qoxuyur. Yabanı bənövşələr ətir saçır. Onların qatı, bihuşedici ətirləri ciyərlərə dolaraq orada məskunlaşır. Ahıl cütlüyə yaxınlaşıb skuteri saxlayıram.

- Günaydın, - mehribanlıqla onlara müraciət edirəm.

- Günaydın, – qadın həvəssiz cavab verir.

- Şəhərə?

O, başı ilə razılıq bildirir.

- Mən sizi aparmaq istəyirəm, - söyləyirəm. – Əvvəl özümlə birinizi aparıb, sonra o birinizin dalınca geri qayıda bilərəm...

Onlara baxıb gözləyirəm. Onun yorğun simasında minnətdarlıq təzahür olunur. Göyərçin onun əlində çırpınır. O, quşu bərk sıxsa da, sağ əlini heç cür azad etmir.

- Sağ ol, qızım, - söyləyir. – Ancaq, o gedə bilməz.

Və analıq qayğısı ilə kişiyə baxır. Mən də ona baxıram.

- O, kordu. – deyə, sanki qəsdən laqeydliklə izah edir.

Kişi üzünü mənə tərəf çevir. Və ölü gözlər ani olaraq canlı gözlərlə qarşılaşır. O, işləməkdən deformasiya olunmuş barmaqları ilə nəvaziş və etibarla qadının əlini sıxır.

Onun sağ əlində nişan üzüyü parıldadı. O, adsız barmağa taxılmışdı. Bütün bu vaxt ərzində kişi bir kəlmə də danışmadı.

- Çox sağ ol, - qadın təkrar söylədi. – Sənin də günün xoş olsun.

O, məğrur və incəliklə ərinin əlini düzəldir. Və onlar uzaqlaşırlar. Ahəstə və rəvan addımlarla. Kəndliyə xas addımlarla.

Mən təəccüblə onların arxasınca baxıram. Hansısa anda onlar döngədə gözdən itir. Və yenidən mənim ayaqlarımın altında görünür. Yol serpantin kimi aşağıya– mülayim, gümüşü dənizə doğru burulub gedir.

Daha bir döngə. Və daha biri. Nəhayət, onlar mənim nəzərlərim üçün anlaşılmaz olur...

# 3532 dəfə oxunub

Oxşar xəbərlər

Bitməyən komediyaya sözardı... - Niyə belə etdin, Kamal Abdulla?

Bitməyən komediyaya sözardı... - Niyə belə etdin, Kamal Abdulla?

14:50 13 dekabr 2025
İlk intertekstual türk romanının müəllifi - Oğuz Atayın əsərindəki “Üçbucaq arzu” nədir?

İlk intertekstual türk romanının müəllifi - Oğuz Atayın əsərindəki “Üçbucaq arzu” nədir?

12:30 13 dekabr 2025
"Boynumu aşağı əyərək dedi ki,  bu qəzeti yala..." - Təbrizli yazıçını niyə təhqir etmişdilər?

"Boynumu aşağı əyərək dedi ki, bu qəzeti yala..." - Təbrizli yazıçını niyə təhqir etmişdilər?

10:00 13 dekabr 2025
"Xarici yazıçıların əsərlərinin imitasiyası var, müəllifin təcrübəsizliyi ciddi hiss olunur" - Hekayə müzakirəsi

"Xarici yazıçıların əsərlərinin imitasiyası var, müəllifin təcrübəsizliyi ciddi hiss olunur" - Hekayə müzakirəsi

11:46 10 dekabr 2025
"Dünyasını dəyişən ana, qürbətdə yaşayan qardaş, tək qalan ata və..."  - Elnarə Akimova

"Dünyasını dəyişən ana, qürbətdə yaşayan qardaş, tək qalan ata və..." - Elnarə Akimova

16:00 20 noyabr 2025
“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti  müzakirə

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti müzakirə

16:57 18 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər