Uşaqlar üçün jurnal buraxıldı

Uşaqlar üçün jurnal buraxıldı
13 oktyabr 2015
# 10:17

“Yazı” ədəbiyyat dərgisinin uşaqlar üçün əlavəsi - “Yemliy”in ilk sayı çapdan çıxıb. Dərgi məsul redaktor Sevinc Elsevərin giriş yazısı ilə açılır.

Şeir bölməsində Hüseyn Cavid, Əli Kərim, Mirmehdi Seyidzadə, Murad Köhnəqala, Nərmin Kamal və Sevinc Elsevərin uşaqlar üçün şeirləri, nəsr bölümündə Əkrəm Əylisli, Azad Qaradərəli, Rasim Qaraca, Seymur Baycan, Nərmin Kamal, Mirmehdi Ağoğlu, Aygün Bünyadzadə, Sevinc Nuruqızı, Alov İnna, Əfsanə Laçının hekayələri, Sevinc Elsevərin “Donu qırmızı” romanı çap olunub.

Dərgidə ən maraqlı rubrika yəqin ki, “Uşaq yazıçılar”dır. Burada Nilufər, Ülvi, Nərmin kimi balaca qələm dostlarımızın yazıları yer alıb.

Çevirmə yerində İ.S.Turgenev, Əziz Nesin, Umberto Eko, Madonna, L.Frank Baum kimi yazarların uşaqlar üçün yazdığı hekayələr, eyni zamanda müxtəlif ölkələrin xalq nağılları verilib.

“Təbriklər” bölümündə müxtəlif məktəb və bağçalardan olan uşaqlar dərginin əlavəsinin ilk sayını təbrik edirlər.

“Rəssam uşaqlar” rubrikasında Maya, Nərmin, İzel və Rəşidin rəsmləri çap olunub. “Yeni nəşrlər” bölməsində Kitabsevərlər qrupunun senzor.org saytı ilə birgə çap etdikləri “Gəlincik evi” kitabı (dünya uşaq ədəbiyyatından seçmələr) haqqında yazı yer alıb. İlk iri həcmli – 144 səhifəlik uşaq dərgisində adını çəkə bilmədiyimiz digər maraqlı yazılarla da tanış olmaq mümkündür.

“Yemilik”də dərc olunan rəsmlərin bir çoxunun (üz qabığı da daxil) müəllifi tələbə rəssam Gülbəs Ayvazdır.

“Yemliy”i həftənin sonunda kitabevim.az kitab marketindən əldə edə bilərsiniz.

# 1956 dəfə oxunub

Oxşar xəbərlər

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

15:00 22 iyun 2026
"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

13:00 22 iyun 2026
Yenilməz söz yolçusu - Afaq Məsud

Yenilməz söz yolçusu - Afaq Məsud

17:04 19 iyun 2026
Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

16:20 18 iyun 2026
“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

14:30 16 iyun 2026
“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

14:00 14 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər