Dərdli kirpi - UŞAQ ŞEİRİ

Dərdli kirpi - UŞAQ ŞEİRİ
21 aprel 2015
# 12:05

Biri var idi, biri yox idi.

Dərdli kirpi var idi.

Tikanlı paltarım var,

Ah, nə yaman dərdim var?!

Belə deyib ağlardı,

Başa qara bağlardı.

O, güzgüyə baxırdı,

Dərd yandırıb-yaxırdı.

Daha buna dözməyib,

Utancından gəzməyib,

Yollandı ayıgilə,

Gözdə yaş gilə-gilə.

Dedi ki, ayı qardaş,

Dərdə olmuşam yoldaş,

Bu tikanlı paltarım,

Həm donum, həm şalvarım,

Mənə böyük yük olub,

Bax, necə üzüm solub?!

Nə olar, tikanları,

Bu iynəli paltarı,

Ərinmə, bir-bir qopar,

Rədd olsun belə paltar!

Ayı dedi: Peşiman,

Olarsan, mənə inan.

O zaman da gec olar.

Kirpi dedi: Mən peşman,

Olmayacağam inan!

Çox tərəddüd eylədi,

Başına dərd ələdi.

Ayı bezdi, usandı,

Tikanları qopardı.

Dedi, indi get sevin,

Uçdu başına evin.

Elə bir az getmişdi,

Çox rahatam demişdi,

Rast gəldi ona ilan,

Halı oldu pərişan.

İlan dedi, nə yaxşı,

Sən tikansız olmusan.

Əvvəllər çox qorxurdum,

Mənə tikan soxurdun.

İndi səni yeyəcəm,

Üstündən su içəcəm!

Kirpi dedi, ay aman,

Mənim ağlım yox, inan!

Kaş əvvəlki vaxtlarım,

Ah, tikanlı paltarım.

İndi mənim olardı,

İlan baxıb qorxardı.

Birtəhər can qurtarıb,

Ayıgilə yollandı.

Qapını döyüb dedi,

Əvvəl bir yumruq yedi.

Ayı dedi, nə olub?

Qorxmusan, üzün solub.

- İlana rast gəlmişdim,

Sən mənə söyləmişdin.

Mənim tikanlarımı,

O gözəl paltarımı,

Öz yerinə yapışdır.

- Sevin ki, saxlamışam,

Nə yaxşı atmamışam.

Yaxın gəl bir-bir taxım,

Sonra donuna baxım.

Kirpi yaman sevindi,

Tikanları geyindi,

Ayıya sağ ol dedi,

Daha dərdi yox idi.

# 19014 dəfə oxunub

Oxşar xəbərlər

"Necə gedib yatacaqsan evində rahətlə?" - Mirzə Əli Möcüzün şeirlərini niyə  çap etmirdilər?

"Necə gedib yatacaqsan evində rahətlə?" - Mirzə Əli Möcüzün şeirlərini niyə çap etmirdilər?

12:00 29 mart 2026
"Döyüşə bilmirdin, ölməyə gedəydin Şuşaya..." - "Otel otağı"nın yaddaşla hansı əlaqəsi var?

"Döyüşə bilmirdin, ölməyə gedəydin Şuşaya..." - "Otel otağı"nın yaddaşla hansı əlaqəsi var?

12:00 28 mart 2026
"İlhamın belə roman yazacağını qətiyyən gözləmirdim" - Seymur Baycan

"İlhamın belə roman yazacağını qətiyyən gözləmirdim" - Seymur Baycan

12:49 25 mart 2026
"Sözün devalvasiyaya uğradığı çağdaş dövrdə..." - Rafiq Həşimov

"Sözün devalvasiyaya uğradığı çağdaş dövrdə..." - Rafiq Həşimov

14:00 24 mart 2026
"Şəxsi münasibətlərin ədəbiyyata dəxli olmamalıdır..." -  İsa İsmayılzadə ilə Ələkbər Salahzadəni nə birləşdirirdi?

"Şəxsi münasibətlərin ədəbiyyata dəxli olmamalıdır..." - İsa İsmayılzadə ilə Ələkbər Salahzadəni nə birləşdirirdi?

12:00 24 mart 2026
İşıqlı və “iynəli” şeirlər haqqında düşüncələr - Sona Vəliyeva

İşıqlı və “iynəli” şeirlər haqqında düşüncələr - Sona Vəliyeva

12:13 23 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər