İntihar və seks

İntihar və seks
1 oktyabr 2014
# 08:00

Seks - qıdıqlayan, tərpədən, buxovlayan hisslərin ağır artilleriyasıdır. Müharibəni öz xeyrinizə dəyişmək istədikdə, furunkulyoza yoluxmuş bədəniniz, işlək vəziyyətdə olmayan piyli ayaqlarınız döyüşsüz sövdələşmə prinsiplərini ən ağır şərtlər müqabilində qəbul etmək məcburiyyəti doğuracaq.

Möhkməm pəncələr üzərində dayanmaq üçün 3S (sərvət, sülh və seks) üçbucağı əvvəlcə üfüqi düz xəttə, daha sonra parçalanaraq milyonlarla uçuşan nöqtələrə çevriləcək.

Sevgini həyatlarının maskotuna çevirən insanlar bu vaxta qədər seksdə uğur qazanmayanlardır. Onlar münasibətlərinin ilk baxışdan ilk doğuşa qədər aktyorluq qabiliyyəti olmasını, kişilər sehrli çubuqlarının, qadınlar isə yaradıcı qüvvəyə malik plantasiyalarının qarşı tərəflə sərhədsiz davranışlarını ağılsızlıqla sevgi adlandırırlar.

İndi XVIII əsr deyil və ehtirasdan alışıb-yanan yeniyetmə, iki göl qurbağasını süni yolla cütləşdirməklə vəhşi erotizm sərsəmləmələrini həyata keçirmək məcburiyyətindən uzaqdır. Əlverişli vəziyyətlər kifayət qədərdir.

Seks - iki cüt ayağın məqsədli savaşıdır ki, nəticəsi bir neçə saniyəyə məlum olur.

Seksin intiharla oxşarlığı nədir? Təsəvvür edin ki, dəfələrlə öz iradəniz ilə ölmək planlarınız iflasa uğrayıb. Bu zəhlənizi tökür, tanrının yanına tələsməkdən isə əl çəkmək fikriniz yoxdur. Ən qəribəsi budur ki, heç gözləmədiyiniz halda bir qadına sevginiz yaranır. Vaxt itirmədən onu sevdiyinizi, səbəbini isə bilmədiyinizi söyləyirsiniz. Lənətə gəlmiş səbəblər ucbatından özümüz nəticəyə çevrilirik.

10 il sonra arvadınızın ortağınızla sizə xəyanət etdiyini öyrənib, o ləçəri öldürmək qərarına gəlirsiniz.

6 ay sonra isə məhkəmənin qərarı ilə edam edilirsiniz. Qanunlar nə qədər vicdanlı olsa da məhv etməyə acdırlar.

Beləliklə, seks ölümü təxirə salmağı bacardığı kimi öldürməyi labüdləşdirməkdə də mükəmməl vasitədir.

Sevgi iki fərdin cütləşmə səhnəsini sulu boya ilə lövhəyə köçürən rəssam təxəyyülüdür. Sevgi mükəmməlliyin xəyalatıdır. Bu 100 il sonra da belə olacaq.

Şəcərə silsiləsi ilə ötürülən irsi yöndəmsizlik daxili zəngilliyi o dərəcədə üstələyə bilər ki, sən ismin kim sualına yarasız, "ikinci dərəcəli insan"a çevrilə bilərsən. Ölməyə layiq olmadığını nahamar başınla təsdiqlədiyin anda, vücudunu tərpədən eybəcərlik etirazları düz bağırsağından və 8 cüt qəbir daşlarına bənzəyən çürük dişlərinin arasından səbirsiz çəyirtkələr kimi ətrafa yayılar.

İntihar haqqında fikirləş, səfeh. Bir cüt yengəc pəncəsinə bənzəyən eybəcər ayaqlarının altındakı taxta stulu itələyirsən, vəssalam. Bu ozon qatı haqqında məqalə yazmaqdan çətin deyil.

Fikirləşmək üçün həmişə vaxt var.

# 5817 dəfə oxunub

Oxşar xəbərlər

Onun nə vaxt uydurduğunu, nə vaxt gerçəyi söylədiyini anlamaq olmur... -  Sual soruşmağı kim yasaqlaya bilər ki?

Onun nə vaxt uydurduğunu, nə vaxt gerçəyi söylədiyini anlamaq olmur... - Sual soruşmağı kim yasaqlaya bilər ki?

17:20 10 fevral 2026
"Onun qəhrəmanları iyrənmədən yaşaya bilmirlər..." - Bernhardla Dostoyevskini nə birləşdirirdi?

"Onun qəhrəmanları iyrənmədən yaşaya bilmirlər..." - Bernhardla Dostoyevskini nə birləşdirirdi?

13:00 9 fevral 2026
Sevgilisi ilə səyahətə çıxdığı qatar çaya düşdü, anasını bağışlamadı... - Arvadı niyə onun məktublarını muzeyə təhvil vermişdi?

Sevgilisi ilə səyahətə çıxdığı qatar çaya düşdü, anasını bağışlamadı... - Arvadı niyə onun məktublarını muzeyə təhvil vermişdi?

15:00 7 fevral 2026
"Pulitser"dən imtina edən Nobel mükafatçısı - O, hekayələrini hansı yazıçıya satmışdı?

"Pulitser"dən imtina edən Nobel mükafatçısı - O, hekayələrini hansı yazıçıya satmışdı?

13:30 7 fevral 2026
"Bu toyun axırında gəlinin üzünün duvağı açılmır..." - Hüseynbala Mirələmov oxucu ilə niyə açıq söhbət edir?

"Bu toyun axırında gəlinin üzünün duvağı açılmır..." - Hüseynbala Mirələmov oxucu ilə niyə açıq söhbət edir?

12:00 7 fevral 2026
Günahı başqalarında axtarmaq ehtiyacı...  - Mətanət Vahid

Günahı başqalarında axtarmaq ehtiyacı... - Mətanət Vahid

14:15 30 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər