Montenin esselərində Nizami Gəncəvi - Tanrıverdi Əliyev

Montenin esselərində Nizami Gəncəvi - Tanrıverdi Əliyev
7 may 2025
# 11:19

Kulis.az Tanrıverdi Əliyevin "Montenin esselərində Nizami Gəncəvi" yazısını təqdim edir.

Nizami Gəncəvinin "Yeddi gözəl" poemasında Fitnənin hekayətini hamımız bilirik. Fitnə balaca bir buğa balasını hər gün qucağına alıb gəzdirir. Buğa böyüyəndə belə Fitnə o buğanı qaldıra bilirdi, çünki vərdiş eləmişdi. Şahənşah Bəhram Gur da Fitnə ilə görüşəndə eşşəyi necə məharətlə ovlamasından (ox atarkən eşşəyin ayağını başına saplamasından) danışırdı. Fitnə də qarşılığında vərdiş olduğunu dedi və cavab olaraq ağır öküzü qucağına alıb qaldırdı. Dolayı yol ilə Fitnə bunların məharət deyil, vərdiş olduğuni söyləməyə çalışmışdır. Lakin maraqlısı budur ki, bu hadisə Mişel de Montenin esselərində "Buğanı daşıyan qız" kimi keçir. Montenin "Esselər" adlı əsərində vərdişlər haqqında dərin fikirlər yer alır. Xüsusilə, vərdişin insan üzərindəki təsirini izah edən bir hekayə maraqlı görünür.

Bir kəndli qadın doğulduğu gündən etibarən bir dana götürüb qucağında daşımağa başlayır. Bunu hər gün təkrarlayır və zamanla dana böyüyüb böyük bir öküz olanda da onu daşımağa davam edir. Bu hekayə vərdişin gücünü və insanın zamanla böyük dəyişikliklərə belə uyğunlaşa biləcəyini göstərir.

Monten sanki Nizami Gəncəvinin bu əsərini təhlil edərək vərdişin həm müsbət, həm də mənfi tərəfləri olduğunu vurğulayır:

Müsbət tərəfi: Vərdişlər həyatı nizamlamağa və bəzi şeyləri daha asan etməyə kömək edir.

Mənfi tərəfi: İnsan bəzən vərdişlərinə o qədər bağlı olur ki, dəyişiklikdən çəkinir və tənqidi düşünmə qabiliyyətini itirə bilər.

# 1875 dəfə oxunub

Oxşar xəbərlər

"Samirə Əşrəf və Günel Mövlud onlarla müqayisədə..."  - Türkcə yazan müəllif görəsən, gənclərə nə öyrədir?

"Samirə Əşrəf və Günel Mövlud onlarla müqayisədə..." - Türkcə yazan müəllif görəsən, gənclərə nə öyrədir?

14:30 9 aprel 2026
"Uçurumun kənarında dayandığınızı görmürsünüzmü?" - Mətanət Vahid

"Uçurumun kənarında dayandığınızı görmürsünüzmü?" - Mətanət Vahid

17:35 8 aprel 2026
"Evdən qaça bilərsən, qismətdən əsla!.." - Didəm Madak niyə unudulmaq istəyirdi?

"Evdən qaça bilərsən, qismətdən əsla!.." - Didəm Madak niyə unudulmaq istəyirdi?

15:00 8 aprel 2026
Yazıçılar gündəmi şərh etməlidirmi? - Cavid Ramazanov

Yazıçılar gündəmi şərh etməlidirmi? - Cavid Ramazanov

12:00 8 aprel 2026
Geriyə proyeksiya poetikası – Cavanşir Yusifli

Geriyə proyeksiya poetikası – Cavanşir Yusifli

18:31 6 aprel 2026
Könüllü aldanışla xoşbəxt olmaq... - Mətanət Vahid

Könüllü aldanışla xoşbəxt olmaq... - Mətanət Vahid

14:30 2 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər