"Hekayə yalnız göstərməlidir, öyrətməməlidir" - Hekayə yazmağın sirləri

"Hekayə yalnız göstərməlidir, öyrətməməlidir" - Hekayə yazmağın sirləri
15 yanvar 2024
# 17:30

Kulis.az məşhur Peru yazıçısı Xulio Ramon Ribeyronun (1929-1994) hekayə yazmaq istəyənlərə tövsiyələrini təqdim edir.

1. Hekayə hadisədən bəhs etməlidir. Hadisəsiz hekayə yoxdur. Hekayələr oxucu da bəhs edilən hadisəni özünəməxsus şəkildə danışa bilsin deyə yaranır.

2. Hekayədəki hadisə real, ya da təxəyyül məhsulu ola bilər. Amma əgər realdırsa, təxəyyül məhsulu kimi, təxəyyül məhsuludursa, real hadisə kimi olmalıdır.

3. Hekayə qısa olmalıdır, bir dəfəyə oxuna bilməlidir.

4. Hekayədə bəhs edilən hadisə əyləndirməli, həyəcanlandırmalı, təəccübləndirməlidir. Əgər bunların hamısını birdən edə bilirsə, lap əla. Əgər bunların heç birini bacarmırsa, o hekayə sayılmır.

5. Hekayənin üslubu açıq olmalıdır; yəni şişirdilmiş, dolanbac yox. Gəlin, onu buraxaq şeir, ya da romanın ixtiyarına.

6. Hekayə yalnız göstərməlidir, öyrətməməlidir. Əks halda rəvayət olar.

7. Hekayə bütün texnikaları qəbul edir: monoloq, dialoq, sadə anlatma, yazışmalar, bir-birilə əlaqəsiz mətnlərin kollajı və sair. Ancaq bu üsullar hadisəni dağıtmamalı və oxucu hadisəni bir ifadə ilə yekunlaşdıra bilməlidir.

8. Hekayədə ölü zamana yer yoxdur, lazımsız heç bir şey yazılmamalıdır. Hər söz mütləq zərurətdən doğmalıdır.

9. Son nə qədər gözlənilməz və ya qeyri-adi olsa da hekayə qaçılmaz bir sonluğa doğru axmalıdır; əgər oxucu hekayənin gedişini bəyənmirsə, deməli, hekayə düzgün yazılmayıb.

Elnarə Ağaoğlu

# 2486 dəfə oxunub

Oxşar xəbərlər

"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

16:30 1 may 2026
"Ana obrazını şizofreniya xəstəsi kimi təqdim etmək doğru deyil" - Vüqar Vanın kitabını niyə almamışdım?

"Ana obrazını şizofreniya xəstəsi kimi təqdim etmək doğru deyil" - Vüqar Vanın kitabını niyə almamışdım?

12:00 1 may 2026
"Ağ maral düzənliyi"  - Bir xalqın epik yaddaşı

"Ağ maral düzənliyi" - Bir xalqın epik yaddaşı

14:00 29 aprel 2026
"Qadın “dır-dır”ı olmasa, bəlkə də ..." - Kişilər niyə bütün gün özünü oda-közə vurur?!

"Qadın “dır-dır”ı olmasa, bəlkə də ..." - Kişilər niyə bütün gün özünü oda-közə vurur?!

12:00 28 aprel 2026
"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

17:48 24 aprel 2026
Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

14:20 24 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər