Döyüb-söyən valideynlər, yoxsa onlarsız əziyyətlərə dözmək.. - Hansı daha pisdir?

Döyüb-söyən valideynlər, yoxsa onlarsız əziyyətlərə dözmək.. - Hansı daha pisdir?
10 mart 2026
# 16:30

"Artıq böyüdüyünü nə vaxt hiss edirsən?"

Kulis.az xəbər verir ki, bu fikirlər ədəbiyyatşünas alim, esseist Mətanət Vahid Liliana Korobkanın “Kinderland” kitabı haqqında sosial şəbəkə hesabındakı paylaşımında qeyd edilib.

O yazır: "Bir gün görürsən ki, daha uşaq həyatı yaşamırsan. Liliana Korobkanın 12 yaşlı Kristinası kimi. Bu yaşda insanın əsas işi məktəbə getmək, dostları ilə vaxt keçirmək, oyunlar oynamaq, xırda şeylərə sevinməkdir, elə olmalıdır yəni.

Kristina isə valideynləri üç balaca uşağını evdə qoyub işləmək üçün xaricə getdiklərindən həm qardaşlarına, həm də özünə “ana” olub, “ata” olub.

Səhər oyanan kimi məsuliyyət hissi də balaca çiyinlərinə yüklənir. Qardaşlarının qayğısına qaldıqca yorulur, bezir, böyüyür...

“Kinderland” uşaqların məcburən böyükləri təqlid etdiyi, oynandıqca həyatın gerçəyinə çevrilən oyundur.

Roman Kristinanın valideynlərinə yazdığı cavabsız məktublar üzərində qurulub. Onun uşaq sadəlövhlüyü ilə izah etdiyi müşahidələri isə dəqiq, bəzən də ironikdir.

Korobkanın əsəri ölkənin sosial vəziyyətinin uğurlu bədii həllidir.

Moldovada çox sayda valideyn pul qazanmaq üçün başqa ölkələrə gedir və uşaqlar ya nənə-babaları ilə, ya da başsız qalırlar – hər iki halda, atalı-analı atasız-anasız. Bizdə ailə başçılarının qazanc dalınca başqa ölkələrə üz tutması kimi...

“Kinderland”ı oxuduqca yaranan suallardan biri də bu oldu mənimçün: hansı daha pisdir – döyüb-söyən valideyn(lər)in yanında olmasına qatlanmaq, yoxsa onlarsız əziyyətlərə dözmək?..

Romanın sonunda Kristina nənəsinin öldüyünü öyrənib ağlayır.

Görünür, nənənin öldüyünə kədərləndiyi qədər valideynlərinin bu səbəbdən qayıdacaqlarına da ümid edir. Bəs qayıdacaqlarmı?..

Yeri gəlmişkən, “Park” nəşriyyatının çap etdiyi “Kinderland” romanını rumın dilindən Jalə İsmayıl tərcümə edib.

# 121 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbiyyatın teatra çevrildiyi mənəvi ərazidə - Elnarə Akimova

Ədəbiyyatın teatra çevrildiyi mənəvi ərazidə - Elnarə Akimova

17:00 10 mart 2026
Çağdaş Güney Azərbaycan ədəbiyyatı: Dünəndən bu günə nə dəyişib?

Çağdaş Güney Azərbaycan ədəbiyyatı: Dünəndən bu günə nə dəyişib?

15:00 10 mart 2026
"Bilirsən nəyin məni bəxtiyar etdiyini..."  - Hədiyyə Şəfaqətin Şumer mətnləri ilə hansı əlaqəsi var?

"Bilirsən nəyin məni bəxtiyar etdiyini..." - Hədiyyə Şəfaqətin Şumer mətnləri ilə hansı əlaqəsi var?

12:00 10 mart 2026
Hüseynbala Mirələmov bədii nəsrini insan və zaman kontekstində dəyərləndirən monoqrafiya - Elman Quliyev

Hüseynbala Mirələmov bədii nəsrini insan və zaman kontekstində dəyərləndirən monoqrafiya - Elman Quliyev

17:20 6 mart 2026
"Dedi, başla, kişi ol! İndi vaxtıdı…" - O, sevdiyi qıza qarşı necə belə qəddar ola bilərdi?!

"Dedi, başla, kişi ol! İndi vaxtıdı…" - O, sevdiyi qıza qarşı necə belə qəddar ola bilərdi?!

12:00 6 mart 2026
"Yorğan-döşəyi yanmış yük yerindəmi?" - Soyqırım və ağacdan asılmış boş beşik

"Yorğan-döşəyi yanmış yük yerindəmi?" - Soyqırım və ağacdan asılmış boş beşik

14:09 3 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər