Baş qəhrəmanla eyni əhəmiyyət dərəcəsinə qaldırılan siçan obrazı... - Elnarə Qaragözova

Baş qəhrəmanla eyni əhəmiyyət dərəcəsinə qaldırılan siçan obrazı... - Elnarə Qaragözova
17 fevral 2026
# 13:00

Kulis.az Elnarə Qaragözovanın "Vüsal Bağırlının "Razin siçanları" hekayəsi haqqında lakonik qeydlər"ini təqdim edir.

Vüsal Bağırlının "Razin siçanları" hekayəsi müasir realist nəsr nümunəsi kimi maraq doğurur. Hekayə milli nəsr texnikalarına sadiqlik və ədəbi dilin rəvanlığı ilə diqqəti cəlb edir.

Vüsal Bağırlının nəsr dilindəki bu ənənəyə sadiqlik müasir nəsrdə müşahidə edilən və mətnin oxunaqlılığını, unikallığını vurğulamaq məqsədi güdən zaman, məkan, dil, obraz ekzotikliyinə olan meyillər kontekstində xüsusilə nəzərə çarpır.

Qeyd etməliyik ki, bu məqam - milli nəsr ənənələrinin qorunub saxlanması müasir gənc nasirlərin yaradıcılığında son dövrlərdə intensivləşib və təqdirəlayiqdir.

Vüsal Bağırlının "Razin siçanı" hekayəsi realist hekayə olsa da, yalnız həyat hadisəsinin və qəhrəmanın duyğularının bədii mətnə fiksə edilməsi ilə yadda qalmır.

Hekayədə baş qəhrəmanla eyni əhəmiyyət dərəcəsinə qaldırılan siçan obrazı məişət hadisəsi kontekstini daha geniş məcraya daşıyır. Ədəbi mətnlərdə bu obraz həm mistik, həm realist, həm simvolik həm də naturalistik məqamlarda işlənmişdir.

Vüsal Bağırlının hekayəsində xüsusilə bala siçanlarla bağlı səhnə Emil Zolya naturalizmi səviyyəsində təsir yaradır. Siçanlar həm də hekayədə kasıblığın, ehtiyacın, həyatın dibində olmağın simvolu kimi çıxış edir.

Hekayədəki yuxu məqamı isə Corc Oruellin "1984" romanındakı bir səhnə ilə səsləşir. Vüsal Bağırlının qəhrəmanının yuxuda siçanların onu gəmirərək öldürməsi qorxusunu yaşaması Corc Oruellin romanındakı siçanlarla işgəncə səhnəsindəki məqamı fərqli rakursdan bədii mətnə gətirir.

Corc Oruellin qəhrəmanı ac siçanlar tərəfindən gəmirilmək qorxusu qarşısında sevgisinə xəyanət edərək sevdiyi qadının siçanlara yem edilməsini təklif edir, qorxu (eləcə də eqo) qarşısında insanlığın qoruyucu gücü - sevgi məğlub olur.

Vüsal Bağırlının hekayəsində isə qardaşın bacıya qarşı bəslədiyi sevgi və qoruma duyğuları onu siçanlarla bağlı qorxularını, iyrənmə hissini gizlədərək qəhrəman rolunda çıxışa məcbur qoyur.

Hekayənin ana vurğusu da məhz qəhrəmanın bacısının siçan qorxusu və finaldakı zarafatı ilə bağlıdır. Bu səhnə - zarafat qəhrəmanın həyata baxışının, təsəvvürlərinin, qənaətlərinin realdan çox fərqli olduğunu, onun həyata öz pəncərəsindən baxarkən əslində digər insanların da fərqli pəncərədən baxmaq ehtimalını unutduğunu göstərir.

Qəhrəman anlayır: əslində qorumaq istədiklərin səndən daha cəsarətli imiş və sənin qalxana çevirdiyin sevgin həmin şəxs üçün sadəcə zarafat mövzusu ola bilərmiş...

Beləliklə, Corc Oruellin əsərində siçanlarla bağlı səhnə sevginin məğlubiyyətini, Vüsal Bağırlının hekayəsində isə sevginin, qorumanın sevənə hansı qurbanlar bahasına başa gəldiyinin anlaşılmadığını vurğulayır.

# 1450 dəfə oxunub

Oxşar xəbərlər

100 il əvvəl yazılanlar... - Nəcəf bəy Vəzirovun əsərləri bu gün aktualdırmı?

100 il əvvəl yazılanlar... - Nəcəf bəy Vəzirovun əsərləri bu gün aktualdırmı?

10:00 9 iyul 2026
"Görünür, ağcaqanadlar müəllifi çox narahat edib" - Hekayə müzakirəsi

"Görünür, ağcaqanadlar müəllifi çox narahat edib" - Hekayə müzakirəsi

12:15 8 iyul 2026
"İnsanın içində öldürdüyü uşaq" - Rüstəm Dastanoğlu

"İnsanın içində öldürdüyü uşaq" - Rüstəm Dastanoğlu

15:00 7 iyul 2026
Ayasofiya qazisinin qara eynəyinin arxasında nə gizlənir? - Səlim Babullaoğlunun ən sirli kitabı haqqında

Ayasofiya qazisinin qara eynəyinin arxasında nə gizlənir? - Səlim Babullaoğlunun ən sirli kitabı haqqında

15:00 7 iyul 2026
İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

16:31 6 iyul 2026
Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

18:47 3 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər