“Tələbə kənar şeylərə meyl edir”

“Tələbə kənar şeylərə meyl edir”
22 iyun 2011
# 12:15
XXI əsr texnika əsr elan olunduğundan bir çox gənclərimiz var ki, universitetlərdə təhsilə ciddi fikir vermirlər. Bir sözlə, tələbəlik həyatını səmərəli şəkildə keçirmək əvəzinə kompüterlərdə bir-birilə çatlaşmağa üstünlük verirlər. Bəs, bu günün tələbəsi necə olmalıdır? Tələbələrimizin müsbət və mənfi cəhətləri hansılardır? Bu gün əsl azərbaycanlı tələbəsinin universitetdə özünü davranış qaydaları necədir?

Bu barədə “Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin baş müəllimi Fəxrəddin Əliyevin fikirləri bizim maraqlı oldu:

Bu gün Azərbaycan gənci demokratik dəyərlərə yiyələnmiş, dünya təhsil sistemlərinə yiyələnməyə çalışan bir gəncdir. Azərbaycan ali məktəblərində intellekt səviyyəsi güclü olan çoxlu sayda tələbələrimiz var. Onlar siyasi cəhətdən nə qədər kamil olsalar, o, qədər də Azərbaycan dövləti öz taleyini gənclərə etibar edər. Tələbə ali məktəbə siyasi məqsəd üçün gəlməlidir.

Dərin biliyə malik olan, intellekt səviyyəsi yüksək olan kompüterdən başı çıxan, ingilis dilini, xarici dilini bilən bir gənc kimi ali məktəbi bitirməlidir. Amma bir qisim tələbə var ki, bunlar oxumaq üçün yox, sadəcə, diplom almaq xatirinə gəlirlər. Bu gənclər də çox səhv edirlər. Halbuki onlar yuxusuz qalıb, gecələr yatmayıb, bütün nailiyyətlərə çata bilər. Gəlin görək indiki dövrdə tələbələrimiz buna meyl edə bilirmi?! Əsla! Tələbə kənar şeylərə meyl edir.

Amma mən inanıram ki, ali məktəblərdə öz ixtisasını dərindən öyrənməyə çalışan, gələcəkdə yaxşı mütəxəssis olmağa çalışan, çoxlu sayda gənclərimiz var. Bu gənclər o birilərindən uzaq qaçmalıdır. Bu gün ali məktəblərdə tələbələrin dərsdən kənar fəaliyyəti nizamlanmayıb, dərsdən kənar tələbələr konfranslarda, diskuslarda, müəyyən tədbirlərdə iştirak etməlidir ki, onlar daha da fikir mübadiləsi aparmalı, nailiyyətlər qazanmalıdırlar. Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetində də tələbələrimizin dünyagörüşlü olması üçün əlimizdən gələni əsirgəmirik.


# 1790 dəfə oxunub

Oxşar xəbərlər

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

12:46 4 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

11:00 3 noyabr 2026
Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

13:35 1 noyabr 2026
"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
Silviya Platın psixiatrla qəribə  dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

Silviya Platın psixiatrla qəribə dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

13:00 27 oktyabr 2026
"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

12:00 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər