ATƏT-in Bakı Ofisinin rəhbəri bir qrup gənc yazarla görüşüb - FOTOSESSIYA

ATƏT-in Bakı Ofisinin rəhbəri bir qrup gənc yazarla görüşüb - FOTOSESSIYA
9 iyun 2011
# 18:32
Bu gün ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Əli Bilgə Cankorel kulis. az internet dərgisinin təşəbbüsü ilə bir qrup gənc yazarla görüşüb. Kulis. az-ın məlumatına görə, səfir Azərbaycanda ədəbiyyatın inkişafı, kitab sənayesi və yayımçılığı məsələləri ilə maraqlanıb, yazarların ölkədə ədəbiyyatın durumu ilə bağlı düşüncələrini dinləyib.

Yazarlar ədbiyyatın problemləri, xarici dillərdə nəşr olunmaq, digər ölkələrin yazar ocaqları ilə əməkdaşlıq qurmaqla bağlı məsələlərdən danışıblar.

Yazarlar həmçinin ölkədəki kitab bazarının vəziyyəti, yazılan əsərlər barədə məlumat veriblər.

Səfir yazarlara uğurlar arzulayıb.

Qeyd edək ki, görüşdə kulis.az dərgisinin baş redaktoru Qan Turalı, Azad Yazarlar Ocağının sədri Aqşin Yenisey, AYB üzvləri Şərif Ağayar, Etimad Başkeçid, yazar Murad Köhnəqala, Günel Mövlud, Cəlil Cavanşir, Mirmehdi Ağaoğlu, Rəbiqə Nazimqızı iştirak ediblər.

Elmin HƏSƏNLİ
# 2560 dəfə oxunub

Oxşar xəbərlər

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

12:46 4 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

11:00 3 noyabr 2026
Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

13:35 1 noyabr 2026
"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
Silviya Platın psixiatrla qəribə  dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

Silviya Platın psixiatrla qəribə dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

13:00 27 oktyabr 2026
"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

12:00 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər