Asif Atanın ölümündən 14 il ötdü

Asif Atanın ölümündən 14 il ötdü
2 iyun 2011
# 15:46
Asif Ata Ocağından verilən məlumata görə, ocaqda 1 İyunda hər il olduğu kimi “Evlad günü” Mərasimi həyata keçirib. İlk dəfə Ocağa Evlad gəlişi bu təqvimdə Asif Atanın özü tərəfindən keçirilib.
“Mütləqə İnam Ocağının ruhani nizamı Atalıq-Evladlıq münasibətlərinə əsaslanır. Asif Atanın Ocağına Evlad olmaq xalqın içində ruhani öyrətmənlik məsuliyyətinə yönlənməkdir. Ancaq bu məsuliyyətlə dolmaq sıradan bir olay deyil. Ata öz evladlarının qarşısında olduqca ciddi tələblər qoyur. Özüylə döyüşmək, daxili qüsurlardan arınmaq, azad, müstəqil şəxsiyyətə çevrilmək və təmənnasız olaraq Vətəninə, xalqına ruhani xidmət göstərmək. Evlad kamil idrak, kamil ləyaqət, kamil hünər örnəyi göstərməlidir. Ömrün qurulması çətin aşılan zirvələr kimidir. Elə buna görə də Asif Ataya Evlad olmaq kütləvi xarakter almır. Yeniliyi asanlıqla qəbul eləməyən bir toplumun içərisində söz demək, hal yaratmaq möcüzə kimidir”. Ocağın Yükümlüsü Soylu Atalı Yurdumuza, bütövlükdə dünyaya yeni hal gətirməyin çətinliyindən və zəruriliyindən danışdı. Ocaq Mərasimlərinin Evlad üçün yenilməzlik məktəbi olduğunu vurğulayıb.


Günel ƏSGƏRZADƏ
# 1645 dəfə oxunub

Oxşar xəbərlər

Güzgüdə özündən başqa heç nə görməyənlər - Onlar niyə sevməyi bacarmır?

Güzgüdə özündən başqa heç nə görməyənlər - Onlar niyə sevməyi bacarmır?

10:00 17 iyul 2026
İnsan dostunu nə vaxt unudur? – "Qum adası"nın sirri

İnsan dostunu nə vaxt unudur? – "Qum adası"nın sirri

12:00 16 iyul 2026
Müəllif hekayədə niyə ağlaşma qurub? - Müzakirə

Müəllif hekayədə niyə ağlaşma qurub? - Müzakirə

15:19 15 iyul 2026
Məktəbli qız niyə özünə nifrət edirdi?

Məktəbli qız niyə özünə nifrət edirdi?

12:00 15 iyul 2026
"İnsanın içində öldürdüyü uşaq" - Rüstəm Dastanoğlu

"İnsanın içində öldürdüyü uşaq" - Rüstəm Dastanoğlu

15:00 7 iyul 2026
İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

16:31 6 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər