“...Yazıçılar Birliyinin rəhbərlərindən birini sədr seçəcəyik”-AÇIQLAMA

“...Yazıçılar Birliyinin rəhbərlərindən birini sədr seçəcəyik”-AÇIQLAMA
25 may 2011
# 17:22
“Azərbaycan Yazıçılar Birliyinin qurultayının keçirilmə tarixi avqust ayında məlum olacaq”.

Bu sözləri APA-ya AYB-nin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu deyib. O bildirib ki, qurultayın bu ilin sonu üçün keçirilməsi nəzərdə tutulur və qurultayın vaxtının təyin olunması həm də müəyyən əlaqəli təşkilatlardan asılıdır: “Qurultayda dövlət rəsmiləri də iştirak edə bilər, qurultaya nümayəndələr seçilməlidir, müəyyən nəşrlər çap olunmalıdır. Bütün bunlar da kifayət qədər vaxt tələb edir və bu vaxta uyğun da hərəkət etməliyik. Hər halda bu ilin sonunda – noyabr, dekabr aylarında qurultay baş tutacaq”.

AYB-nin sədrliyinə adları hallanan namizədlərə gəlincə Ə. Əsgəroğlu bildirib ki, sədrliyə namizədlərin adlarının mətbuatda hallanması bu gün oyundan başqa bir şey deyil: “Əgər Anar müəllim namizəd olub-olmayacağını qurultay ərəfəsində açıqlaya bilər. Bu gün müəyyən namizədlərin adının hallanması ictimaiyyəti çaşdırmaq funksiyasını daşıyır. Həmin namizədlər qurultay vaxtı öz namizədliklərini geri götürəcəkləri və yaxud da Anar müəllim sədr olarsa, öz namizədliklərini verməyəcəklərini bildirirlər. Bunun özündə də bir riyakarlıq, saxtakarlıq var. Əgər namizəd olan adam özü qabağa dayanıb deməlidir ki, sədrliyə namizədliyini vermək istəyir, ya yox. Deyirlər ki, Anar müəllim sədrliyə namizədliyini verməsə, o zaman biz namizədliyimizi verəcəyik. Bu açıqlamanın özü də qeyri-ciddi xarakter daşıyır”.

Ə. Əsgəroğlu onu da əlavə edib ki, AYB-nin nizamnaməsinə uyğun olaraq Yazıçılar Birliyinin hər bir üzvü sədrliyə namizədliyini irəli sürə bilər: “Bu hər bir üzvün hüququdur. Mən inanıram ki, Anar müəllim namizədliyini verəcək və biz də onu dəstəkləyəcəyik. Əgər Anar müəllim namizədliyini verməsə, kimə zəmanət versə, biz də onu dəstəkləyəcəyik. Yox əgər bunların heç biri olmasa, biz Yazıçılar Birliyinin rəhbərlərindən birini sədr seçəcəyik”.
# 1166 dəfə oxunub

Oxşar xəbərlər

Pərakəndəlik və ailənin fəsadları - Elmir Həsən

Pərakəndəlik və ailənin fəsadları - Elmir Həsən

16:38 2 avqust 2025
Türkiyənin Azərbaycandakı səfiri:  Təhsil, media və mədəniyyət sahələrində fəaliyyətlər dəstəklənməlidir - Müsahibə

Türkiyənin Azərbaycandakı səfiri: Təhsil, media və mədəniyyət sahələrində fəaliyyətlər dəstəklənməlidir - Müsahibə

12:37 31 iyul 2025
"İstəyirsən gül, istəyirsən ağla, bu, bir oxucu kimi..." - Şərif Ağayarın romanı haqqında

"İstəyirsən gül, istəyirsən ağla, bu, bir oxucu kimi..." - Şərif Ağayarın romanı haqqında

12:00 31 iyul 2025
Şirin Fərhadı niyə qurban verdi? - Xosrovun ölüm planı və oğlunun qılıncı

Şirin Fərhadı niyə qurban verdi? - Xosrovun ölüm planı və oğlunun qılıncı

15:00 30 iyul 2025
Özünüzsüz onlara yazdıran əhvalınızı... - Günün şeiri

Özünüzsüz onlara yazdıran əhvalınızı... - Günün şeiri

13:10 25 iyul 2025
Əfsanəvi rokçu Ozzi Ozbornun fanatından duyğulu etiraf

Əfsanəvi rokçu Ozzi Ozbornun fanatından duyğulu etiraf

11:50 25 iyul 2025
# # #