Zəlimxan Yaqub: “Bu qız niyə havalanıb, görəsən?” - MƏTN

Zəlimxan Yaqub: “Bu qız niyə havalanıb, görəsən?” - MƏTN
21 may 2011
# 09:35
Görünməmiş bir sənətmi yaradıb
Bu qız niyə havalanıb görəsən?
Cəhənnəmdə bir cənnətmi yaradıb
Bu qız niyə havalanıb görəsən?

Oda düşmüş odu almır eyninə
Odmu düşüb ürəyinə, beyninə?
Yer üzünü alıb gedir çiyninə,
Bu qız niyə havalanıb görəsən?

Göynən gedir yerə dəymir ayağı
Asimanda uçur mələk sayağı.
Elə bil ki, budu ərşin dayağı,
Bu qız niyə havalanıb görəsən?

Dodaq qaçır, göz gülür, üz oxuyur,
Seyrə çıxıb, bir susur yüz oxuyur.
Zalım qızı gecə-gündüz oxuyur
Bu qız niyə havalanıb görəsən?

Gül koludu, budağını əymirəm,
“Dəymə” deyir, toxunmuram, dəymirəm.
Havalıdı, havasından doymuram
Bu qız niyə havalanıb görəsən?

Harda qurub dəyəsini bilmədim,
Sahibini, yiyəsini bilmədim.
Neylədimsə niyəsini bilmədim
Bu qız niyə havalanıb görəsən?

Nə amana fikir verir, nə aha
Mən qul oldum, o çevrilib bir şaha.
Bəlkə təzə qohum olub Allaha,
Bu qız niyə havalanıb görəsən?

Məni gördü gah gündə, gah kölgədə,
Ucbatından rüsvay oldum ölkədə.
Günahkarı Zəlimxandı bəlkə də,
Bu qız niyə havalanıb görəsən?
# 8353 dəfə oxunub

Oxşar xəbərlər

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

12:46 4 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

11:00 3 noyabr 2026
Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

13:35 1 noyabr 2026
"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
Silviya Platın psixiatrla qəribə  dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

Silviya Platın psixiatrla qəribə dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

13:00 27 oktyabr 2026
"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

12:00 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər