Fahişəxanada incəsənət VİDEO

Fahişəxanada incəsənət VİDEO
5 oktyabr 2012
# 11:28
Kulis.az məşhur türk sənətçisi Şükran Moralın 1997-ci ildə buraxdığı “Bordello” adlı performasını təqdim edir.

Bu performans İstanbulun Karaköy hissəsində yerləşən fahişəxanada çəkilib.

Çəkilişlər üçün heç bir təhlükəsizlik tədbiri görülməyib.

İdeya müəllifi eyni zamanda kamera qarşısına bir fahişə kimi keçir.

Şükran Moralın əlindəki kağızda “Satılır” sözləri yazılıb. Binanın qarşısına isə sənətçi “Müasir incəsənət muzeyi” yazılan lövhə asıb.

O, bu performansını Türkiyədə qadın probleminə diqqət çəkmək üçün etdiyini bildirir.

Müəllif fahişəxanaların dünyanın ən qədim peşəsinin icra edildiyi yer olduğunu xatırladaraq müasir sənətin bəşəriyyətin problemlərinə daha həsaslıqla yanaşmasının vacibliyini vurğulayır.

Şükran Moral fahişəxananı sənət mərkəzinə çevirdiyini və bununla da insanların diqqətini qadınların problemlərinə yönəldəcəyini düşünür.

Performans haqqında sənətçinin müsahibəsini burdan oxuya bilərsiniz.




# 2130 dəfə oxunub

Oxşar xəbərlər

"Böyük ədəbiyyat bu qaydaların pozulduğu yerdə başlayır" - Müzakirə

"Böyük ədəbiyyat bu qaydaların pozulduğu yerdə başlayır" - Müzakirə

15:00 29 aprel 2026
"Ağ maral düzənliyi"  - Bir xalqın epik yaddaşı

"Ağ maral düzənliyi" - Bir xalqın epik yaddaşı

14:00 29 aprel 2026
Vera Vasilyevnanın budlarını unuda bilməyən gənc - Ulucay Akif

Vera Vasilyevnanın budlarını unuda bilməyən gənc - Ulucay Akif

12:00 29 aprel 2026
"Qadın “dır-dır”ı olmasa, bəlkə də ..." - Kişilər niyə bütün gün özünü oda-közə vurur?!

"Qadın “dır-dır”ı olmasa, bəlkə də ..." - Kişilər niyə bütün gün özünü oda-közə vurur?!

12:00 28 aprel 2026
"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

17:48 24 aprel 2026
Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

14:20 24 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər