Süleyman Çakırın sevdiyi şeir

Süleyman Çakırın sevdiyi şeir
11 sentyabr 2011
# 05:16
Qan TURALI

Azərbaycan aktyorlarının kitaba qarşı vulqar münasibəti haqda yazmaqdansa müsbət nümunələri təsvir etmək faydalıdır.

“Qurdlar vadisi”ndəki roluna görə hamı onu Süleyman Çakır kimi tanıyır.

Əsl adı Oktay Kaynarcadır.

Onlarla filmdə möhtəşəm rollər yaradıb.

Bu gün onun apardığı verilişə baxdım.

Məntiqli danışığı, sənət haqda düşüncələri çox maraqlı idi.

Can Yüceldən bir şeir oxudu.

Həmin şeiri dilimizə uyğunlaşdırıb yazının sonunda verirəm.

O şeiri dinləyəndə anladım onun içinin nə qədər geniş olduğunu,
hissiyatının nə qədər güclü olduğunu hiss edir.

Məhz bu şeiri bu qədər gözəl oxuyan, ürəyi ilə şeiri qavrayan bir adam o rolları oynaya bilərdi.

Bizim dünyadan xəbərsiz, gözü toy yiyəsinin cibində olan tamada aktyorlar yox…


Can Yücel: Qadın adlanan naməlum qitə


Qadın adlanan naməlum qitəni kəşfə çıxan milyonlarla kişi çox zaman əliboş qayıdarlar bu mənasız səfərlərindən.

Qadın anlanan naməlum qitəni kəşfetdiyini sananlar isə bir az sonra (bəlkə bir neçə il, bəlkə bir neçə saat) ayaq basdıqları qitəni bambaşqa bir iqlimə bütünmüş görüncə, Kolumb sendromu ilə “Deyəsən, səhv gəlmişəm” təlaşına qapılırlar.

Əslində səhv olan qitənin ünvanı deyil, səyyahın qavrayışıdır. Topoqrafiyadan heç nə qanmamasıdır. Qitənin bəzən fəsil dəyişdirdiyini, bəzən isə eyni vaxtda bir neçə fəsli yaşamasını anlamamasıdır səbəb.

Göyərtədən torpağın görünüşü ilə qitədən səyyahın görünüşü arasındakı fərqi anlamamasıdır.

Bir kompas xətası ucbatından neçə kişi möhtəşəm bir qitənin astanasından geri qayıtmışdı, neçə səyyah kəşf etmədiyi qitələrin mövcud olmadığına inanıb, onların ərazisinin nə qədər olduğunu bilmədən yaşadığı qitənin sahillərində xərcləmişdi ömrünü…

Və kim bilir neçə qitə uzaqdan təbəssümlə izləmişdir dənizdə onu axtaran şaşqın səyyahların mənasız dolanmalarını…
# 2521 dəfə oxunub

Oxşar xəbərlər

"O səs yaşadıqca mənim də ilk məhəbbətim yaşayacaq..." - Səhnəmizin kişi siması haqqında

"O səs yaşadıqca mənim də ilk məhəbbətim yaşayacaq..." - Səhnəmizin kişi siması haqqında

11:15 30 oktyabr 2026
"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
Silviya Platın psixiatrla qəribə  dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

Silviya Platın psixiatrla qəribə dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

13:00 27 oktyabr 2026
"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

12:00 26 oktyabr 2026
"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

10:00 25 oktyabr 2026
İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

10:00 24 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər