Əziz Nesinin devirdiyi hökmdarlar

Əziz Nesinin devirdiyi hökmdarlar
2 sentyabr 2011
# 12:24
Axşam Əziz Nesinin bioqrafiyasına göz atırdım

Onun bir məhkəmə işi barədə yazılanları oxuyub düşündüm.

O hadisəni yazıram:

1948-ci il.

Əziz Nesinin 33 yaşı var.

Və ikinci kitabı “Əziznamə”ni buraxır.

Həbs edilir, məhkəmə müddətində də həbsxanada qalır.

Ömrün ən gözəl yaşı 33-dür, deyirlər, bu yaşın dörd ayını həbsdə keçirir yazıçı.

Amma bəraət alır...

Lakin bu bəraətdən sonra İngiltərə kraliçası Yelizaveta, Misir kralı Fərrux və İran şahı Rza Pəhləvi Türkiyə Xarici İşlər Nazirliyinə rəsmi şəkildə nota verərək kitabda təhqir edildiklərini bildirir və müəllifin cəzalandırılmasını tələb edirlər.

Üç monarx bağban oğlunu cəzalandırmaq istəyirdi.

Başlarının üstündə “Ədalət mülkün təməlidir” yazılan plakat asılan türk hakimlər eyni kitaba (oxu: cinayətə) görə Əziz Nesini təkrar məhkəməyə çıxardır və altı ay həbs cəzası verirlər.

Bir kitaba görə on ay həbs yatır yazıçı.

Oxuduğum hissə bundan ibarət idi.

Amma o hissədə çəkilən adlar mənə çox şey deyirdi.

Kitab 1948-ci ildə çap edildiyini yazmışdıq, bir də xatırladaq.

Bundan 4 il sonra inqilab Misirdə olur.

Zabitlər hökuməti dəyişir, monarxiya devrilir və Misir respublikaya çevrilir.

Fərrux taxtdan salınır və ölkəni tərk edir.

Son Misir şahı olur Fərrux.

Onunla mütləqiyyət başa çatır.

Fərruxa deyirlər: Əşyalarını da götür, Misiri tərk et.

Fərrux əşyalarını götürüb gedir, sarayda isə bircə cüt qandal saxlayır.

Bu qandal nəyin simvolu idi?

Bunu tapmaq çətindir, amma bir fakt bəlkə o qandalın simvolikasını aça.

Fərruxu devirən zabitlərdən biri 31 yaşlı Hüsnü Mübarək idi ki, indi məhkəmə qarşısında qolları qandallı dayanıb.

31 yaşında şahı devirən zabitlərdən biri olan Mübarək 31 il Misiri idarə etdi.

Əziz Nesin üçün deyildi hər halda o qandal.

İndi də keçək qonşumuz İrana.

Rza şah atasından aldığı taxtda bu hadisədən sonra 31 il qalır.

(Yenə də bu 31 rəqəmi)

Amma 1979-cu ildə devrilir.

Misirdə olduğu kimi İranda da monarxiyaya son qoyulur, respublika qurulur.

Rza şah sonuncu İran şahı olur.

Uzaq Cənubi Afrika Respublikasında canını tapşırır.

Bircə Yelizaveta qalır...


# 1380 dəfə oxunub

Oxşar xəbərlər

Ceyms Coys oxumaq niyə qorxuludur? - Qismət

Ceyms Coys oxumaq niyə qorxuludur? - Qismət

11:12 16 iyun 2025
Allahı öldürən filosof - Fəxri Uğurlu

Allahı öldürən filosof - Fəxri Uğurlu

09:00 13 iyun 2025
Bundan sonra heç nə yazmasa belə... bəsidir - "Rəng mühəndisi" haqqında

Bundan sonra heç nə yazmasa belə... bəsidir - "Rəng mühəndisi" haqqında

16:06 11 iyun 2025
"Bu hekayə alınmayıb..." - Furqanın yeni hekayəsi haqqında

"Bu hekayə alınmayıb..." - Furqanın yeni hekayəsi haqqında

11:00 11 iyun 2025
Yazıçılara nifrət edənlər kimlərdir?

Yazıçılara nifrət edənlər kimlərdir?

13:27 10 iyun 2025
Gürcü - Furqanın yeni hekayəsi

Gürcü - Furqanın yeni hekayəsi

09:00 10 iyun 2025
# # #