“Qızıl bakirə”yə paxıllıq

“Qızıl bakirə”yə paxıllıq
2 sentyabr 2011
# 06:00
Buddanın əsas prinsiplərindən biri belədir: “Başqalarını qısqanma, onlara paxıllıq etmə. Başqalarına paxıllıq edən, qısqanan insan daxili rahatlığı olmayan insandır”.

Kənardan baxanda elə bilirik ki, onların hər şeyi var. Şöhrət, uğur, hörmət, xoşbəxtlik… “Axı nələri çatışmır?”- öz özümüzə belə düşünürük. Paxıllıq cahillikdən yaranan hissdir.

Başqaları haqda nə qədər az şey biliriksə, onlar barədə o qədər rahat danışa bilirik.

Qibtə etmək insani hissdir.

Amma qısqanclıq öz qabını sındıran turş sirkə kimidir.

Simona de Bovuar Fransa və dünya fəlsəfə tarixinin ən çox iz qoyan, hətta qadın intellektuallar arasında birinci olan, hələ də öz taxtını rahatlıqla heç kimə vermək istəməyən filosoflardan biridir.

Qələmindən çıxan hər bir cümlə bütün dünyada qəbul edilən, hörməti, izzəti olan Simona de Bovuar kimisə qısqana bilərdimi?

Sartr kimi böyük yazıçının həyat yoldaşı olan Simona kimin, niyə paxıllığını çəksin ki?

Amma belə bir şey olub.

Budur Simona da Bovuarın dəli kimi qısqandığı qızın hekayəti:

“Təsadüfən onun da adı Simona idi. Simona Veil, yəhudi ailəsində dünyaya gəlmişdi. Qardaşı da, özü də uşaq vaxtlarından kitablar arasında böyümüşdülər. Çox yaxşı təhsil almışdılar.

Valideynləri dini və dindarları sevmirdilər. Dünyəvi bir mühitdə böyümüşdü. Balaca yaşlarından bu qız uşağına “dahi” gözüylə baxılırdı. Çox istedadlı və ağıllı idi. 12 yaşında yunan dilini yaxşı bilir, riyaziyyat, həndəsə və fizikada öz yaşıdlarını dəfələrlə qabaqlayırdı. 1928-ci ildə “Ecole Normale Superieure” imtahanlarında birinci oldu. Bu imtahanda ikinci olan adam Simona de Bovuar idi. İki Simona arasındakı sevgi və nifrət dolu münasibətlər belə başladı.

Simona Veil incə-mincə, çəlimsiz bir qadındı. Ancaq onun təbii olması, gözəl görünmək üçün əldən-ayaqdan getməməsi kişiləri cəlb edirdi. Simona de Bovuar daha gözəl olduğu halda özünü Veilin kölgəsində hiss edirdi.

Universitet illəri tez keçdi. Hər iki Simona aktiv şəkildə tələbə hərəkatlarında iştirak edirdilər. Hər ikisi azlıqların, fəhlələrin hüquqlarının müdafiəsi ilə məşğul olurdular.

Hər ikisi dünyanı dəyişdirməyi arzulayırdı.

Ancaq universiteti bitirdikdən sonra yollar ayrıldı. Bovuar “intellektual” olmağa üstünlük verdi.

Veil isə inanırdı ki, cəmiyyətdəki ədalətsizliklərin həlli nəzərəyyilərdə, zehni fəaliyyətdə deyil. Əməli işlər görmək lazımdır.

O, ziyalıların fabriklərdə, zavodlarda işləməsinin tərəfdarı idi. Və bu fikirlərinin öz üzərində sınayacaq dərəcədə cəsur idi.

Simona Veil bir polad zavodunda özünə iş tapdı. Aksiyalar təşkil etdi, tətillərə qoşuldu. “Qızıl bakirə” ləqəbini qazandı.

Seçilmiş, zəngin bir ailədən gələn bu qadın fəhləlik etməyi özünə necə rəva bildi?

Özü də fəhləliyi bacarmırdı. Həmin il bir-birinin dalınca 3 zavoddan işdən çıxarıldı.

Ancaq yorulmadı, yolundan dönmədi. Filosof, aktivist, əməkçi, mistik…

Nə solun qəliblərinə sığırdı, nə də sağın. Nə marksistlər, nə də liberallar arasında rahatlıq tapa bilmirdi. Bu ziddiyyətli xanımın heyranları gündən-günə artırdı.

S.Bovuar “kitab dilində” danışdığına görə tənqid edilirdi. Ancaq Veil həyatın, insanların arasında olması ilə tərifə layiq görülürdü.

Veil gənclik vaxtlarındakı romantikasını artıq itirməyə başlamışdı. Bütün günü fabrikdə işləmək dünyanı dəyişdirmək ehtiraslarını söndürürdü.

Veil inqilab haqda düşünməyə başlamışdı. İnqilabçı dostları Veilin inqilabi tənqid edən fikirlərindən xoşlanmadılar.

Dostları ondan uzaqlaşmağa başladılar. Veil tək qaldı. Həmin vaxtı din haqda yenidən düşünməyə başladı. Müqəddəslərin həyatı, hind fəlsəfəsi…

O da Tolstoy kimi fiziki yorğunluqla mənəvi yetkinlikliyin düz mütənasib olduğuna inanırdı.

Ömrünün son illərində doğru-dürüst yemək yemirdi.

Ruhunu tərbiyə etmək üçün özünü ac saxlayırdı.

… Simona Veil 34 yaşında vəfat etdi. Aradan illər keçdi. Bütün bu zaman ərzində elitar çevrələrdən ayrılmayan Simona de Bovuar günlərin birində həmcinsini, adaşını necə qısqandığını etiraf etdi. Nəyini qısqandığını soruşduqda isə belə cavab verdi: “Ürəyini…”

Mənsə çox maraqla oxuyuram bu iki qadını. Ancaq heç birini özümə yaxın hiss etmirəm.

Məni cəlb edən onların həyat hekayələridir.

Bu cür qadınları yazmaq…



(Haberturk qəzeti)

Uyğunlaşdırdı: Elmin HƏSƏNLİ
# 1408 dəfə oxunub

Oxşar xəbərlər

Travmatik yaşantının vizual simvolu - Dilrubanın bananlarla oynama aludəliyini niyə birmənalı yozmaq mümkün olmur?

Travmatik yaşantının vizual simvolu - Dilrubanın bananlarla oynama aludəliyini niyə birmənalı yozmaq mümkün olmur?

15:00 12 avqust 2025
"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." -  Yaşar Rzayevin Vəlisi ilə  Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." - Yaşar Rzayevin Vəlisi ilə Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

09:00 11 avqust 2025
"Buna Azərbaycan dilində yazılmış mətn deməyə adam çətinlik çəkir..." -  Abbasqulu ağa Bakıxanov niyə  ərəb-fars tərkibləri ilə yazırdı?

"Buna Azərbaycan dilində yazılmış mətn deməyə adam çətinlik çəkir..." - Abbasqulu ağa Bakıxanov niyə ərəb-fars tərkibləri ilə yazırdı?

12:15 8 avqust 2025
Yar yaraya çevriləndə... -    Müşfiqin illüziyadan gerçəkliyə sərt keçidi

Yar yaraya çevriləndə... - Müşfiqin illüziyadan gerçəkliyə sərt keçidi

09:00 8 avqust 2025
Xalq yazıçısı Anar: "Elçin bu sirri özüylə apardı..."

Xalq yazıçısı Anar: "Elçin bu sirri özüylə apardı..."

12:10 7 avqust 2025
"O tozu bir oxucu kimi boğazımda hiss edirəm..." - Firəngiz niyə Məhərrəmə ərə getməyə razı olur?

"O tozu bir oxucu kimi boğazımda hiss edirəm..." - Firəngiz niyə Məhərrəmə ərə getməyə razı olur?

09:00 7 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər