“Robinzon Kruzonun seksual həyatı”nı oxmusan?

“Robinzon Kruzonun seksual həyatı”nı oxmusan?
1 sentyabr 2011
# 13:52
Erotikasız bədii ədəbiyyat çox maraqsız olardı. İnsanın cinsi həyatını əks etdirən səhnələrə isə ən ciddi mütaliələr də belə rast gəlinir. Yəni təkcə ayrıca bir növ kimi mövcud olan erotik ədəbiyyat deyil, ən məşhur bədii yazarların əsərlərində belə cismani təmas səhnələri yer alıb.

Erotikaya dair xüsusi antologiyalarla (qədim Yunanıstana və Romaya erotik ədəbiyyatına dair “Hermafrodit” – Leypsiq, 1986; U.Koul, “Bibliyada sevgi və seks” – Hamburq, 1961; U.Feyerabend, “Amerikan romanında erotika” – Regensburq, 1953; H.Şreyber, “2000 il ərzində ədəbiyyatda erotik mətnlər, seksual praktika – Münhen, 1980) tanış olmaqla Qərb yazı sənətində seksual mövzusunun müstəsna yerini müəyyən etmək mümkündür. Doğrudur, əsrlər boyu, əsasən də orta əsrlərdə erotika kilsə vaizlərinin hədəfində olub. Təsadüfi deyil ki, hətta bidətçilər belə “eretik” adlandırılıb.

X əsrdə Avropada fon Handersheym adlı zadəgan müəllif erotik məzmunlu dram əsərləri və əfsanələr yazırdı. Sonralar Bokkaço öz “Dekameron”u ilə ondan daha məşhur oldu. Bununla yanaşı, ilkin orta əsrlərdə Qərbdə saysız-hesabsız sonetlər, hekayətlər şifahi formada dildən-dilə dolaşırdı.
İntibaha qədərki və İntibah dövründən sonrakı bir sıra yazılı əsərlər “təmizlənmə” prosesindən, yəni senzuradan keçib. Bununla belə, orta əsr mətnlərində hisslər aləminə dair ədəbiyyat geniş vüsət alıb. O çağlarda istər poetik, istərsə də nəsrli ədəbiyyatda romantik məhəbbət dialoqlarından tutmuş yataq səhnələrinə qədər ən çılğın erotik təsvirlər mövcud idi. Və bu ənənənin antik dövrdən başlayan tarixi demək olar ki, itib.
Qərb folkloru ilə yaşıd olan erotik nağıllar, dastanların əksəri zəmanəmizə gəlib çıxmayıb. Məlum olan yalnız budur ki, qədim yunan şəhərləri və Romada təkcə şeirlərdə deyil, hətta teatr tamaşalarında erotik səhnələr nümayiş etdirilib.

Dünyanın Şərq bölümündə də çılğın zəkalar bekar qalmayıb. Qədim Hindistanda ən tarixi erotik əsər təxminən 350-ci ildə Vatşyananın sevgi haqqında traktatı — “Kamasutra”dır. Orta əsrlərin yadigarı olan “1001 gecə nağılları”ndakı bəzi hekayətlər isə müsəlman dünyasının erotik mövzudan yan keçməməsinə sübutdur. Uşaq Şərqdə - Çində Min dövrünə aid üç erotik roman bu günümüzə gəlib çıxıb. Onlardan ən məşhuru “Şah Pin Me”dir. “Yu Pu Tuan” isə artıq orta çağda, 1634-cü ildə qələmə alınıb.

Orta əsrlərin sonu – Yeni dövrün ilk çağlarında Qərbdə erotik ədəbiyyat geniş oxucu kütləsi qazanmağa başladı. XVII əsrdə Avropada peyda olmuş ən məşhur erotik əsərlər bunlar idi: N.Şoryenin “Alioziya Siqeanın söhbətləri”, Miyonun “Qızlar məktəbi, yaxud qadınların fəlsəfəsi”. XVIII əsrdə “Madam P.-nin məktubları”, “Naninanın məktubları” daha çox oxunurdu.

Yeni dövrdə erotik ədəbiyyat daha geniş vüsət aldı. K.Temlixin “Priapın normal məktəbi”, H. Fişerin “Kiçik qutunun hissələri”, “Xannanın ora və geriyə yolu”, H. Şilinqin “Cənab X-nın xatirələri” adlı erotik romanları artıq klassika hesab olunur. “1810-cu ilin gündəliyi”, “Monikanın bacıları”, “Müğənni qadının memuarları”, “Füsunkar satıcı qadınlar...” da bu cərgədədir.

Nəhayət, XX əsr. 1906-cı ildə Vyanada nəşr edilən “Jozefina Mutzenbaxer” romanı yoxsul məhəlləsindən çıxmış vyanalı fahişənin bəhs edirdi. Bu əsər o qədər məşhurlaşdı ki, İkinci Dünya müharibəsi illərində onun “Mənim 365 məşuqum” adlı davamı oxucuların ixtiyarına verildi. Sözügedın romanla yanaşı, “Fahişələrin söhbətləri” (1919) də özünə böyük oxucu kütləsi toplamışdı.

Ciddi bədii ədəbiyyat da erotik məzmuna meyl etdi. Bir sıra məşhur müəlliflər buna görə məhkəmə davalarına cəlb edildi. Məsələn, 1930-cu ildə açıq sevgi səhnəsinə Lourensin “Ledi Çatterleyin məşuqu” kitabı ilə bağlı iddia qaldırıldı. Eyni aqibət C. Coysun “Ullis” ilə olmuşdu. Son 50 ildə U.Barrouzun “Çılpaq lanç”, N. Maylerin “Evli cütlüklər”, C.Apdaykın “Yaxşı münasibətlər” kitabları da az ittiham edilməyib.

XX əsrin sonuna aid ən yaxşı erotik əsərlər isə “Ağ baldırlar”, “Robinzon Kruzonun seksual həyatı”dır. Burada hadisələr ya kosmosda, ya da kompüter dünyasında baş verir.

Əziz RZAZADƏ
# 3052 dəfə oxunub

Oxşar xəbərlər

"Sən də bilmə, Lavinia..." - Özdemir Asaf məşhur şeirini kimə yazmışdı?

"Sən də bilmə, Lavinia..." - Özdemir Asaf məşhur şeirini kimə yazmışdı?

18:21 11 iyun 2026
"Mətnlərə bərbər kimi yanaşan redaktorlar..." - Yaxşı roman necə ərsəyə gəlir?

"Mətnlərə bərbər kimi yanaşan redaktorlar..." - Yaxşı roman necə ərsəyə gəlir?

12:00 11 iyun 2026
Adı əlindən alınan tatar şair - O, niyə Sibirdə çobanlıq etməyə məcbur olmuşdu?

Adı əlindən alınan tatar şair - O, niyə Sibirdə çobanlıq etməyə məcbur olmuşdu?

14:00 10 iyun 2026
"Moizə xalqı avam saxlamaq üçündür!" - Məmməd Cəfər ruhanilər barədə nələri yazmışdı?

"Moizə xalqı avam saxlamaq üçündür!" - Məmməd Cəfər ruhanilər barədə nələri yazmışdı?

12:00 10 iyun 2026
Ruhun dirilişi və insan ləyaqətinin qayıdışı - Günah yalnız bir nəfərin boynundadırmı?

Ruhun dirilişi və insan ləyaqətinin qayıdışı - Günah yalnız bir nəfərin boynundadırmı?

10:00 7 iyun 2026
"Gərək özünüz öləsiniz..." - Müəllif oxucunu hansı sualla baş-başa qoyur?

"Gərək özünüz öləsiniz..." - Müəllif oxucunu hansı sualla baş-başa qoyur?

14:50 3 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər