“Polşa haqqında hekayələr” ədəbi müsabiqəsi elan olunub!

“Polşa haqqında hekayələr” ədəbi müsabiqəsi elan olunub!
18 avqust 2011
# 16:16
Polşada bu il Çeslav Miloşun İlinin elan olunması ilə əlaqədar ölkənin Bakıdakı səfirliyi Azərbaycanın Yazıçılar Birliyi ilə birlikdə “Polşa haqqında hekayətlər” mövzusunda ədəbi (hekayə/esse və şeir) müsabiqə elan edib.
İştirakçıların minimal yaş həddi 17 olan müsabiqəyə bütöv və bitkin əsəri təşkil edən hekayələr və digər qısa yazılar, şeirlər göndərilə bilər.
Müsabiqəyə yalnız Azərbaycan dilində olan əsərlər təqdim edilə bilər.
Əsərlər Polşa Respublikasının Bakıdakı səfirliyinə bu ilin oktyabr 15-ə qədər göndərilməlidir.
İşlər 3 çap olunmuş nüsxədə, eyni zamanda CD formatında təqdim olunmalıdır. Hər səhifədə müəllifin təxəllüsü ilə göstərilməlidir. İştirakçı haqqında məlumatlar (S.A.A., yaşı, telefonu, elektron adresi, şəxsiyyət vəsiqəsinin surəti) üzərində şərti ad qeyd olunmuş ayrı ağzı bağlı zərfdə, işlərə əlavə kimi təqdim olunmalıdır.
İşlər Polşanın Bakıdakı səfirliyi və Azərbaycanın Yazıçılar Birliyinin birgə yaratdığı komissiya tərəfindən qiymətləndiriləcək.
Müsabiqədə I yeri tutacaq müəllif Polşaya səfər etmək imkanı qazanacaq.
# 2129 dəfə oxunub

Oxşar xəbərlər

Maddi və ruhani dəyərlər arasındakı ziddiyyət - "Taxma kirpiklər" haqqında

Maddi və ruhani dəyərlər arasındakı ziddiyyət - "Taxma kirpiklər" haqqında

16:00 2 mart 2026
"O, ilk Xalq şairimizdir ki..." - Nəriman Həsənzadədən nəyi öyrənmişik?

"O, ilk Xalq şairimizdir ki..." - Nəriman Həsənzadədən nəyi öyrənmişik?

10:00 23 fevral 2026
"Bütün tələbələrin söyüş söyməsi ağlabatan görünmür..." - Siz niyə susursunuz?

"Bütün tələbələrin söyüş söyməsi ağlabatan görünmür..." - Siz niyə susursunuz?

15:00 22 fevral 2026
“İşığın ayaq səsləri”ni eşitdinizmi, gördünüzmü? - Faiq Balabəyli

“İşığın ayaq səsləri”ni eşitdinizmi, gördünüzmü? - Faiq Balabəyli

14:54 18 fevral 2026
Kişi “kim üçün?” sualının cavabını tapmalıdır... - Anar Şamil

Kişi “kim üçün?” sualının cavabını tapmalıdır... - Anar Şamil

11:30 18 fevral 2026
Baş qəhrəmanla eyni əhəmiyyət dərəcəsinə qaldırılan siçan obrazı... - Elnarə Qaragözova

Baş qəhrəmanla eyni əhəmiyyət dərəcəsinə qaldırılan siçan obrazı... - Elnarə Qaragözova

13:00 17 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər